Yuxarı

Separatçı liderdən Kremlin “boz kardinalı”na ittiham

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Separatçı liderdən Kremlin “boz kardinalı”na ittiham

Qondarma Novorossiyanın ideoloqlarından biri, "Strelkov" ləqəbli İqor Qirkin Donbasda müharibənin davam etməsində Rusiya prezidentinin köməkçisi Vladislav Surkovu ittiham edib.

Axar.az xəbər verir ki, Qirkin bunu Serbiya mətbuatına açıqlamasında deyib.

"Surkov hazırki vəziyyətin həqiqi moderatorudur. Və biz Donbası yandırılmış çölə çevirən müharibənin içindəyik. Şübhəsiz, bu onun günahıdır, çünki danışıqlar prosesinə də o rəhbərlik edir", - Qirkin deyib.

Separatçı liderin sözlərinə görə, məhz Surkov Rusiya prezidentinin əmrlərini yerinə yetirmir və Novorossiyanı zərbə altına qoyur.

Bundan başqa Qirkin Kremli onu qondarma Donetsk Xalq Respublikasının rəhbərliyindən uzaqlaşdırmaqda ittiham edib və Rusiyanın Donbasdakı hərbi əməliyyatlarda iştirakını təsdiqləyib.

Qeyd edək ki, Rusiya Prezidentin Vladimir Putinin köməkçisi olan Vladislav Surkov, həm də Kremlin "boz kardinalı" hesab olunur.

Tarix
2015.02.25 / 13:55
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla