Yuxarı

Tiflis İrəvanın qapısını bağladı: məhsullar zay olur...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis İrəvanın qapısını bağladı: məhsullar zay olur...

Yaxın günlərdə Ermənistan iqtisadiyyatı Gürcüstan hökumətindən böyük zərbə ala bilər.

Axar.az xəbər verir ki, bunu erməni biznesmen Vaqram Mirakyan deyib.

Onun sözlərinə görə, Gürcüstan Ermənistan şirkətləri və yükdaşıyıcıları tərəfindən daşınan İranın tərəvəz və meyvələrinin ölkəyə girişinə qadağa qoyub.

“Çoxlu sayda erməni şirkəti və fiziki şəxslər İrandan aldıqları meyvə və tərəvəzləri Ermənistan gömrüyündə qeydiyyatdan keçirir və Rusiya bazarında satır. Biz İran və Rusiya arasında vasitəçiyik. Biz pul qazanırıq, vergi isə Ermənistana qalır”, - Mirakyan bildirib.

İndi Gürcüstan erməni yük maşınları üçün keçidi bağlayıb. Hazırda İranın kivi, alma, pomidor və digər kənd təsərrüfatı məhsulları olan 60-a yaxın yük maşını Gürcüstan-Ermənistan sərhədində dayanıb.

“Təhlükə ondan ibarətdir ki, məhsul Ermənistanda qalsa, yerli bazarda çürüyəcək, çünki ölkədə bu qədər böyük istehlak yoxdur. Nəticədə qiymətlər fəlakətli şəkildə enəcək ki, bu da sektordakı bütün müəssisələrə, eləcə də yerli alma və ya tərəvəz satan qurumlara təsir edəcək. Şayiələr gəzir ki, Gürcüstan istənilən yük maşınının Ermənistana giriş-çıxışını qadağan etmək istəyir. Bütün hallarda diplomatik müdaxilə vacibdir”, - biznesmen bildirib.

Qeyd edək ki, Gürcüstan hökuməti koronavirus təhlükəsi səbəbindən Ermənistanla sərhədləri bağlayıb.

Tarix
2020.03.04 / 10:04
Müəllif
Zaur Mehdiyev
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla