Yuxarı

Nasaz ərəb təyyarəsi Ərdoğanın “ANA”sını göydə saxladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nasaz ərəb təyyarəsi Ərdoğanın “ANA”sını göydə saxladı

Səudiyyə Ərəbistanının nasaz təyyarəsi Türk Hava Yollarının işini xeyli çətinə salıb.

Axar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Hava Yollarına aid sərnişin təyyarəsinin "Sabiha Gökçən"ə enişi zamanı yaranan hidravlik problem hava limanının işində maneələr yaradıb. Təyyarə texniki çatışmazlıq səbəbilə uçuş-eniş zolağının ortasında qalmaqla Sabiha Gökçən Hava Limanında uçuş və enişlər yarım saat müddətinə dayandırılıb.

Havada eniş məqamını gözləyərək dairə vuran təyyarələrdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "ANA" adlı şəxsi təyyarəsi olub.

Sabiha Gökçən Hava Limanında uçuşlar dayandırılmazdan 10 dəqiqə əvvəl Türkiyə lideri Ərdoğan da Ankaradan "Sabiha Gökçən"ə doğru yola çıxıbmış. Havada iki dəfə dairə vuran təyyarə yalnız hava limanı uçuşlara başladıqdan 18 dəqiqə sonra enə bilib.

Tarix
2015.03.04 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla