Yuxarı

ABŞ Nemtsova görə "Maqnitski" siyahısını genişləndirir - Tələb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Nemtsova görə "Maqnitski" siyahısını genişləndirir  - Tələb

ABŞ rusiyalı müxalifətçi Boris Nemtsovun qətli ilə bağlı "Maqnitski"siyahısını genişləndirə bilər.

Axar.az xəbər verir ki, Avropa və Avrasiya məsələləri üzrə ABŞ-ın Dövlət katibi Viktoriya Nuland Nemtsovun qətlində iştirak edən şəxslərin tam siyahısını Rusiyadan tələb edir.

Nuland Nemtsovun qətli ilə bağlı beynəlxalq cəmiyyətin Moskvadan cavab gözlədiyini, yalnız güllələnənlərin deyil, sifarişçilərin də adlarının açıqlanmasını gözlədiklərini bildirib.

Bundan öncə isə Rusiyanın İstintaq Komitəsi açıqlamasında Nemtsovun qətli ilə bağlı işin böyük həcmdə həll edildiyini vurğulamışdı.

Xatırladaq ki, "Magnitski Aktı" 2002-ci ildə ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilmişdi. Həmin aktın məqsədi rusiyalı vəkil Magnitskinin 2009-cu ildə Moskva həbsxanasında ölümünə görə məsuliyyət daşıyan Rusiya rəsmilərini cəzalandırmaq olmuşdu. Rusiyada işləyən azərbaycanlı məmurun adı da bu sanksiyaya salınıb. Söhbət Fikrət Tağıyev adlı ədliyyə polkovnikindən gedir.

Tarix
2015.03.04 / 22:09
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla