Yuxarı

Ankara Yaxın Şərqə təsirini artırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

p"Misirdə Müsəlman Qardaşları iqtidardan gedəndən sonra Səudiyyə Ərəbistanı bölgədə daha da gücləndi və təsirini daha da artırdı".

Axar.az xəbər verir ki, bu açıqlamanı azərbaycanlı politoloq Orxan Qafarlı "sputniknews.com"a müsahibəsində deyib.

O, Ərəbistanın Yaxın Şərqdə İranla ciddi rəqabətdə olduğunu bildirib:

"Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərində son günlər problemlər yaranmışdı. Bu, Kral Abdullah zamanında xüsusilə hiss olunurdu. Bunun bir neçə səbəbi var idi. Türkiyə Yaxın Şərqdə "ərəb baharı"nı və "Müsəlman Qardaşları"nı dəstəkləyirdi. Ərəbistanda isə bu vəziyyət bir qədər fərqli idi. Hər iki ölkənin bölgədə fərqli maraqları var idi. Türkiyə və Qətər Səudiyyə Ərəbistanı ilə digər ərəb dövlətlərinə qarşı rəqabətdə idi. Misirdə Müsəlman Qardaşları iqtidardan gedəndən sonra Səudiyyə Ərəbistanı bölgədə daha da gücləndi və daha çox təsir gücü qazandı. Əslində, Türkiyə ilə Ərəbistan arasında soyuqluğun səbəbi də budur. Lakin Suriya məsələsində hər iki ölkənin Əsədə qarşı olduğu bəllidir. Ərəbistan Yaxın Şərqdə digər kiçik əmirliklərə böyük qardaşlıq etməklə İranla ciddi rəqabətə girir. Türkiyə əgər Yaxın Şərqdə ərəb dövlətləri ilə əlaqə qurmaq istəyirsə, Ər Riyadla münasibətləri yaxşılaşdırmalıdır. Ona görə də Ərdoğanın Ərəbistana səfəri Türkiyənin Yaxın Şərq üçün nəzərdə tutduğu planlarının həyata keçməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Tarix
2015.03.05 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla