Yuxarı

Neftlə bağlı üç ölkə razılığa gəlir - Yeni gəlişmə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftlə bağlı üç ölkə razılığa gəlir - Yeni gəlişmə

ABŞ Prezidenti Donald Tramp neftin qiymətləri ilə əlaqədar Rusiya və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə söhbətlərində ölkəsinin hasilatın azaldılması ilə bağlı mümkün güzəştləri müzakirə etmədiyini söyləyib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, Tramp Rusiya və Səudiyyə Ərəbistanının dünya bazarlarında vəziyyətin yaxşılaşdırılması üçün hasilatın həcmi ilə bağlı tezliklə razılaşma əldə edə biləcəyini bildirib.

“Bu, Rusiya və Səudiyyə Ərəbistanı üçün çox yaxşı olar. Ümid edirəm ki, bu müqaviləni bağlayacaqlar - mənə dedikləri budur. Bunun yaxınlarda baş verəcəyini gözləyirik. Ümid edirəm ki, tezliklə elan edəcəklər”, - Tramp deyib.

Daha əvvəl Tramp Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanla dünyanın enerji bazarındakı vəziyyəti müzakirə etdiyini qeyd edib. Rusiya ilə yanaşı, ABŞ-ın da gündəlik hasilatı 10 milyon barel azalda biləcəyini təklif edib. 20 dəqiqə sonra isə hasilatın 15 milyon barel azaldıla biləcəyini bildirib.

Aprelin 2-də Səudiyyə Ərəbistanı OPEK+ sazişində iştirak edən ölkələrin və digər dövlətlərin ədalətli razılığa gəlmək və neft bazarlarında tarazlığı bərpa etmək məqsədi ilə təcili iclasını çağırıb.

Tarix
2020.04.03 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla