Yuxarı

ABŞ səfiri: "Ermənistan geriyə gedir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ səfiri: "Ermənistan geriyə gedir"

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Çiçəklənən Ermənistan Partiyası ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib, respublikanın demokratik inkişafı yolunda geriyə addım atdığını söyləyib.

ANS press-in məlumatına görə, o bildirib ki, müxalifət hökumətin fəaliyyətini istənilən halda izləyəcək demokratik cəmiyyət üçün lazımdır. Ermənistanın güclü olması üçün aktiv siyasi müxalifət gərəkdir. Lakin biz son hadisələrdən narahatıq, hökumət müxalifəti hədəf seçib və siyasi məqsədinə çatmaq üçün dövlət resurslarından istifadə edir. Nəticə belədir ki, Ermənistan demokratik inkişaf yolunda geriyə addım atır.

Ermənistan prezidenti Serj Sarkisyan ilə partiyanın rəhbəri, milyarder Qaqik Sarukyan arasında bu il fevralın 12-də münasibətlər kəskinləşib. O, iqtidarda olan Respublika Partiyasının şura iclasında Sarukyanın fəaliyyətini kəskin tənqid edib, onu siyasi aktyor kimi ölkə üçün şər qüvvə adlandırıb.

Q.Sarukyan martın 5-də keçirilən qurultayda partiya sədrliyini tərk edib, bu vəzifə Naira Zoqrabyana həvala olunub və Çiçəklənən Ermənistan Partiyası müxalifətə keçidini elan edib.

Tarix
2015.03.10 / 11:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla