Yuxarı

Lənkəranskini bıçaqlayan qanuni oğru həbsdən çıxdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:25

Aprelin 17-də qanuni oğru, "Levan Suxumski" kimi tanan Levan Abuladze Moskvanın “Vladimirski Sentral” həbsxanasından azadlığa çıxıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, 44 yaşlı qanuni oğrunu həbsxana qapısı bağlanan kimi onun Rusiya Federal Miqrasiya Xidmətinin və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları qarşılayıblar.

Qanuni oğruya bildirilib ki, Rusiya Daxili İşlər nazirinin müavini, general-polkovnik Vançikin əmri ilə Rusiyaya ömürlük gəlməsi qadağan olub. Bildirilib ki, bununla bağlı DİN generalı fevralın 19-da müvafiq əmr imzalayıb.

Bu qərardan sonra bu dəfə qanuni oğruya Oktyabrski Rayon Məhkəməsinin qərarı oxunub. Qərarda bildirilir ki, o, iki ay müddətinə həbs edilir və miqrantlar üçün xüsusi təcridxanaya yerləşdiriləcək. Rusiyadan deportasiya olunanadək isə təcridxanada qalacaq.

Qeyd edək ki, ötən il Rusiya Prezidenti Vladimir Putin kriminal avtoritetlər üçün cəzaları sərtləşdirib.

Belə ki, kriminal ierarxiyaya mənsub olan (qanuni oğrular) şəxslər 8 ildən 15 ilə qədər azadlıqdan məhrum ediləcək. Həmçinin 5 milyon rubla qədər cərimə ödəyəcəklər. Bu səbəbdən kriminal aləmin bir çox tanınmış nümayəndəsi üçün Rusiyada yaşamaq indi olduqca çətinləşib.

Artıq bəzi kriminal avtoritetlər Rusiyanı tərk edərək Yunanıstanda, İspaniyada, BƏƏ-də və Türkiyədə məskunlaşmağı üstün tuturlar. Həbsdə olanların isə azadlığa çıxandan dərhal sonra ölkəni tərk etmələri əsas şərtdir.

Amma hazırda pandemiya ilə bağlı Rusiya sərhədləri də bağlıdır. Bu qadağanın isə yaxın 2 ayda da qüvvədə qalacağı gözlənilir. Levan Abuladzenin bu səbəbdən də bəxti gətirməyib və dərhal yenidən nəzarətə götürülüb.

Levan 1975-ci ildə Suxumidə doğulub. Onun vətəni Gürcüstana gedəcəyi təqdirdə də gül-çiçəkli qəbul gözləmir. Çünki qanuni oğrularla bağlı eyni qanun Gürcüstanda hələ Saakaşvilinin prezidentliyi dövründə qəbul edilib.

Levan Suxumski Orenburq vilayətindəki xüsusi rejimli “Qara Delfin” həbsxanasından başqa Rusiyanın demək olar ki, bütün həbsxanalarında olub. Qanuni oğru hətta 2011-ci ildə istintaq müddətində təcridxananın qadınlar saxlanılan bölməsinə yerləşdirilib. Buna səbəb isə onun nüfuzunu zədələmək deyil, əksinə qorumaq olub. Belə ki, həmin vaxt təcridxanada olanlar Levan Suxumskinin “ideoloji düşmənləri” imiş və bu səbəbdən onun qadınlar üçün nəzərdə tutulan korpusda saxlamaq zərurəti ortaya çıxıb.

O, azərbaycanlı qanuni oğru, rəhmətlik Rövşən Canıyev (Lənkəranski) nəslinə aid qanuni oğrulardan hesab olunur. “Qanuni oğru” adını Merab Suxumski kimi tanınan (bəzi mənbələrdə onlar qardaş kimi göstərilib) Merab Canqveladzenin xeyir-duası ilə alıb.

2012-ci ilin noyabrında Artyom Lipetsk, Gizo Kardava, azərbaycanlı qanuni oğru Vaqif Bakinski (Diplomat), Timur Sverdlovski və digərləri Levanın “oğru” statusunu tanımamaq barədə “proqon” yaymışdılar. Amma hələ də bir sıra qanuni oğrular onu kriminal aləmin ən tanınmış simalarlından hesab edirlər.

Gürcü qanuni oğrularla yaxşı münasibəti olan Lənkəranski ilə yaxınlığı da güman ki, bu zəmində yaranıb. Kriminal aləmdə ən tanınmış simalardan olan Merab Canqveladze Rövşən Lənkəranskiyə yaxın adam kimi tanınıb. Levan isə Suxumi klanının “beyini” hesab olunurdu.

Amma iddia olunurdu ki, onlar son illər Lənkəranski ilə yaxınlıq etməyiblər. 2013-cü ildə Aslan Usoyanın (Ded Xasanın) öldürülməsindən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar.

Hətta Merab Ded Xasan klanı ilə anlaşmağa çalışıb. Levanın isə Moskva bazarlarına nəzarətlə bağlı “razborka”ların birində Lənkəranskini bıçaqlaması barədə də iddialar vardı.

Rusiyanın "Rosbalt" saytı o zaman yazmışdı ki, hadisə Dubayda baş verib və nəticədə Lənkəranski ağır yara alıb. Amma bu iddiaların nə qədər doğru olduğu bu günədək də bilinmir.

Tarix
2020.04.19 / 23:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla