Yuxarı

Nemtsovun qızı qətldən nələr danışdı? – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nemtsovun qızı qətldən nələr danışdı? – Foto

Qətlə yetirilmiş siyasətçi Boris Nemtsovun qızı Janna BBC-yə geniş müsahibə verib.

Axar.az xəbər verir ki, müxalif liderin övladı bu cinayət üçün siyasi məsuliyyəti Rusiya prezidentinin üzərinə qoyub. Borisin dəfnindən sonra Janna Nemtsova xaricə yollanıb və onun BBC-yə müsahibəsi İtaliyada yazılıb. Müsahibədən ən maraqlı parçaları təqdim edirik:

"O, Putinlə mübarizə aparıb, başqa heç kəslə yox. Onlar mənim atamı öldürüb, mən susa bilmərəm. Mənim bu, necə deyərlər, araşdırmaya heç inamım yoxdur. Mən bilirəm ki, bəzi Qərb siyasətçiləri – bunun nə qədər ciddi olduğunu deyə bilmərəm – beynəlxalq araşdırma keçirmək istəyirlər. Məncə, yəqin bu düzgün olar, çünki Rusiyada haqq-ədalət, müstəqil məhkəmə və heç bir müstəqil araşdırmalar yoxdur.

O ki, Zaur Dadayev Moskvanın mərkəzində, xüsusi keşik çəkilən bir zonada, qətl zamanı nədənsə hansısa kameralar işləmədiyi yerdə, bax burada o, atamı öldürüb – yox, mən buna inanmıram. Hətta bilavasitə icra edən belə o olsa, nədən birdən-birə onun beyninə belə bir ideya gəlib – Nemtsovu öldürmək... Motivi nədir? Mən motiv görmürəm", - Janna Nemtsova mülahizə yürüdür.

Onun fikrincə, cinayətin dini zəmində törədildiyinə dair istintaqın versiyası da tənqidə layiq deyil: "Boris Nemtsova Çeçenistanda hörmət edirdilər, onun Dağıstanda, İnquşetiyada hörməti olub. O, Çeçenistanda müharibəni dayandırmağa kömək edib. Mən ümumiyyətlə təklif edərdim ki, bütün dövlət telekanallarının rəhbərləri informasiya terrorçuluğuna görə sanksiyalar siyahısına daxil edilsin. Onların hər gün insanların başına axıtdığı, nəticədə dünyanın tamamilə təhrik olunmuş mənzərəsi yaradılan, yalanlarına görə. Mən hesab edirəm ki, onlar cavab verməlidir və əminəm ki, belə də olacaq.

Kulistikov - NTV-nin başçısı, Dobrodeyev – "Rossiya" kanalının rəhbəri, Ernst – Birinci kanalın rəhbəri – onların hamısı Ukraynada hərbi münaqişənin qızışdırılmasında bilavasitə iştiraklarına görə sanksiya siyahısına daxil edilməlidir".

Janna əlavə edib: "Bilisinizmi, mən həmişə pessimist olmuşam. Lakin bu qətl mənim bütün həyatımı alt-üst elədi. Ona görə yox ki, mən müəyyən illüziyalar bəsləmişəm. Lakin mən, bunun prinsipcə mümkün olmasını düşünməmişəm. Hələ də inana bilmirəm ki, atamı öldürüblər".

Tarix
2015.03.12 / 15:38
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla