Yuxarı

İran ABŞ-a sərf edir, əks halda... – İranlı ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp hakimiyyətə gələndən sonra ABŞ-ın siyasəti də dəyişib.

Bu sözləri Axar.az-a açıqlamasında Güney azərbaycanlı siyasi təhlilçi Rza Talıbi ABŞ-İran münasibətləri ilə bağlı danışarkən deyib.

O bildirib ki, Tramp Yaxın Şərqdə hərbi əməliyyatlara maliyyə ayırmaqda maraqlı deyil:

“Onun tacir baxışı ABŞ-ın hərbi əməliyyatlara, o cümlədən Yaxın Şərqdəki proseslərə daha az xərcinin çıxmasına yönəlib. Tramp ABŞ-ın daxili siyasətinə diqqəti artırıb. Ümumiyyətlə, Tramp çalışır ki, Yaxın Şərqdə gedən prosesləri oradakı ölkələr və vəkalət savaşları ilə aparsın. Məntiqli bir şəkildə birbaşa özü müdaxilə etmədən işləri yönəltmək istəyir. Hərbi texnikasının İraqdan çəkilməsi ABŞ-ın Qətərdə, o cümlədən bir çox Körfəz ölkələrində hərbi varlığını inkar etmir. Burdakı əsgərlərin maliyyələşdirilməsi isə böyük xərc tələb edir və Tramp bu xərclərdən qaçmaq, ən azı minimuma endirmək istəyir”.

Siyasi təhlilçi İranın kosmosa peyk göndərməsi xəbərinin ABŞ-da narahatlıq yaratdığını vurğulayıb:

“İranın bu yaxınlarda kosmosa raket vasitəsilə hərbi peyk göndərməsi ABŞ-da haqlı olaraq müəyyən narahatlıq yaradıb. Çünki İranın beynəlxalq anlaşmalara zidd olaraq ballistik raketlərdən istifadə etməsi narahat olmağa əsas verir. Bu ballistik raketlərin uzaqmənzilli olması isə hər bir ölkəni təhdid edir”.

Talıbi, həmçinin İranın regionda ABŞ-ın xarici siyasəti üçün yararlı olduğunu da qeyd edib:

“Məncə, ABŞ hərbi texnikaya ehtiyac olmadan İrandakı hökuməti rahat bir şəkildə dəyişə bilər. ABŞ-ın varlığı İran üçün çox yararlı olduğu kimi, İranın varlığı da ABŞ-a fayda verir. İranın bölgədə mövcudluğu, ərəb ölkələrinə silah satması, İranın regionda ərəbləri məşğul etməsi, Suriyada bu ölkənin maliyyələşdirdiyi qüvvələrin olması İsrailin də güclənməsinə səbəb olur. Yəni “Şərri-mütləq” adında Amerika düşmənçiliyi ilə bəslənən bir məfkurə ABŞ-a sərf edir. Əks halda ABŞ İranda nəyinsə dəyişməsini istəsəydi, bunu asanlıqla edərdi”.

Ekspert İran hakimiyyətində baş verəcək dəyişiklikdə etniklərin, xüsusilə türklərin xüsusi rolu olacağını vurğulayıb:

“Təbii ki, İran çox fərqli ölkədir. İranda müxtəlif siyasi, etnik qüvvələr var. Azərbaycan türklərinin burada üstünlük təşkil etdiyini nəzərə alsaq, ABŞ rahat bir şəkildə İrana girib, orada savaş açıb, təhlükə yarada bilər. İranda olan fərqli-fərqli etnik qüvvələrin qırmızı cizgiləri ortalığı qan çanağına çevirmək imkanındadır. Bu məsələləri yəqin ki, ABŞ rəsmiləri görür. İndi də görürük ki, sanksiyalar İranın iqtisadiyyatını çökdürüb. İqtisadiyyatın çöküşü səbəb olub ki, İranın əli Yəmən, İraq və Suriyadan kəsilsin və daxilə yönəlsin. Düşünürəm ki, iqtisadi geriləmə daxildəki etirazları və cərəyanları körükləyəcək. Əminəm ki, xarici qüvvələrin vasitəsilə deyil, xalqın vasitəsilə hər hansı bir dəyişiklik olacaq. Bunların içində aparıcı xalq təbii ki, Azərbaycan türkləridir. Türklər nə vaxt istəsə, o vaxt da ölkədə dəyişiklik baş verəcək. Amma bu dəyişikliklər siyasi oyunlara tabe olmadan getməlidir”.

Talıbi bildirib ki, hazırda ABŞ-İran arasında hərbi münaqişə gözlənilmir:

“Hazırda hər hansı savaş təhlükəsi yoxdur. İranın Körfəz, yaxud Oman dənizində etdiyi şıltaqlıq və ya Qasım Süleymani məsələsində gərginlik kulminasiya nöqtəsinə qalxdı, ancaq müharibə olmadı”.

Tarix
2020.04.30 / 08:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla