Fuad Nağıyev Nigar Cəbrayılovu özünə müşavir təyin etdi
12:22
| Ana səhifə Planet |
|
Ukraynada insanlar böhranla yox, irimiqyaslı müharibə ilə üz-üzədirlər.
Axar.az xəbər verir ki, bunu tanınmış alman politoloqu Ulrix Kyun "Sputnik" agentliyinə verdiyi açıqlamasında deyib.
"Mən adi böhrandan danışmaq istəməzdim, ona görə ki, Ukraynada baş verən bütün faktlar qarışdırılıb. Tez bir zamanda biz irimiqyaslı müharibə ilə qarşılaşdıq", - politoloq bildirib.
Kyun hesab edir ki, müharibəni yalnız Minsk razılaşmasına əməl etməklə başa çatdırmaq olar. Bundan başqa Ukrayna hakimiyyəti ölkədə konstitusiya islahatları həyata keçirməlidir:
"Vəziyyətdən çıxış üçün tərəflər kompromisə gəlməlidirlər. Sülhə keçid silahlı qüvvələri iştirakı olmadan və Qərb və Rusiyanın iqtisadi dəstəyilə baş verməlidir".
|
Tarix
2015.03.16 / 13:26
|
Müəllif
Anar Əhmədov
|