"Heydər Camal Rusiyanın
siyasi və hakimiyyət dairələrinə çox yaxın biridir və təsadüfi bir
insan deyil. Onun açıqlamalarının arxasında müəyyən niyyətlərin
durması istisna olunmur".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu
deyib. Politoloq Heydər Camalın Rusiya prezidenti barədə
açıqlamasının arxasında üç mühüm variantın ola biləcəyini
açıqlayıb:
"Ola bilsin ki, hər şey Heydər Camalın dediyi kimidir və məhz
onun vasitəsilə bu cür məlumatın sızdırılması ilə hansısa planların
reallaşdırılmasına çalışırlar. Burada üç mühüm variant var: 1 -
Planlar Putinə qarşıdır; 2 - Bu, Putinin öz planı da ola bilər; 3 -
Rusiya hakimiyyətinin bütövlükdə bizə bəlli olmayan və təsəvvür
etmədiyimiz planları ola bilər. Yəni Rusiya hakimiyyətində
qruplararası mübarizənin təzahürü, həm də ümumilikdə Rusiya
hakimiyyətinin hansısa bir siyasi gedişinin anonsu da mümkün
variantlar içərisindədir. Yayılmış məlumata əsasən, bu gün Rusiya
prezidenti Qırğızıstan prezidenti ilə görüşməlidir. Əgər görüş baş
tuta, videogörüntülər və şəxsən Putinin özü tərəfindən açıqlamalar
verilərsə, o zaman bu, başqa bir məsələ və ya Heydər Camalın şəxsi
mülahizələri olacaq. Hər halda yaxın günlərdə situasiya
aydınlaşacaq. Ancaq yuxarıda sadaladığım üç variantın heç biri
istisna deyil. İstisna etmirəm ki, həqiqətən də Rusiya
hakimiyyətində parçalanma var və bu parçalanma nəticəsində bir qrup
Vladimir Putini faktiki olaraq neytrallaşdırıb. Bütün bu variantlar
mümkündür".
Ə.Oruclunun sözlərinə görə, rus ictimai xadimi və siyasətçisinin
bu cür ciddi açıqlamasının prinsip etibarilə dünyanın böyük
KİV-lərinin diqqətini çəkməməsinin özü də suallar doğurur:
"Bu qədər böyük rezonansa səbəb ola biləcək bir çıxışın dünya
mediasının diqqətindən kənarda qalması maraq doğurmaya bilməz.
Baxmayaraq ki, Heydər Camalın bu açıqlamasına Yutub sosial
şəbəkəsində yarım milyondan çox baxış olub. Bu, artıq müəyyən
mətləblərdən xəbər verir. Dünən belə bir xəbər yayılıb ki, Rusiya
səfirliyi Putinin mətbuat katibi Peskovla əlaqə saxlamaq istəsə də,
onların zəngləri cavabsız qalıb. Müəmmalar çoxdur. Hər halda yaxın
günlərdə situasiya aydınlaşacaq. Hələlik yeganə həqiqət Putinin
ortada olmamasıdır. Bu faktdır. Ola bilsin ki, elə bu mülahizələr
də məhz buna görə ortaya çıxıb. Qeyd edim ki, FSB direktoru
Bortnikovun ABŞ səfəri, Rusiya Təhlükəsizlik Şurasının katibinin
Ramzan Kadırovla görüşməsi və Kadırovun Putinin islamı qəbul
etməsinə dair absurd məlumat yayması müəmmaları daha da
artırır".
Qeyd edək ki, ki, tanınmış rus ictimai xadimi və siyasətçisi
Heydər Camal Gürcüstanın "Rustavi 2" telekanalına verdiyi
müsahibəsində Vladimir Putinin bir qrup dövlət çevrilişi həyata
keçirmək istəyən hərbiçilər tərəfindən nəzarətə götürüldüyünü
deyib.