Yuxarı

Erməni saytlarından uğursuz cəhd: itki xəbərləri silinir – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni saytlarından uğursuz cəhd: itki xəbərləri silinir – Foto

Ötən gün erməni diversiya qrupunun qarşısının alınması zamanı Azərbaycan Ordusunun düşməni ciddi itkiyə məruz qoyması Ermənistanda şok effekti verib.

Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin açıqladığı 3 əsgər ölümü (1996-cı il təvəllüdlü Akop Xaçatryan Qaqikoviç, 1995-ci il təvəllüdlü Eduard Ayrapetyan Qaqikoviç və 1996-vı il təvəllüdlü Arşak Arutunyan Karenoviç) və 4 yaralı (onlardan birinin vəziyyətinin ümidsiz olduğu bildirilib) məlumatını ictimaiyyət böyük təpki ilə qarşıladı. Daha sonra isə Ermənistanın tirajlı saytları Azərbaycan Ordusunun Gülüstan və Talış istiqamətində erməni ordusuna ağır zərbə vurduğu, ən azı (!!!) 10 erməni əsgərinin məhv olduğunu tirajladı və ölənlərin ailəsinə başsağlığı verdilər.

Paralel olaraq erməni millət vəkili Vaan Badasyan, jurnalist Romella Mnatsakanyan və çoxsaylı erməni blogerlər öz ordularının böyük itki verdiyi barədə məlumat paylaşaraq, Sərkisyan hakimiyyətini itkiləri gizlətməkdə suçladılar.

Hazırda isə kütləvi itki xəbərlərinin saytlardan silinməsi, əvəzində isə "həm də Azərbaycan ordusu itki verib" kimi uğursuz cəhdlər erməni saytlarında yer almağa başlayıb.

Belə ki, "nevs.am" saytı ötən gün "Azərbaycanın diversiyası: Ermənistan itkilərini gizlətməyi Azərbaycandan öyrənir" başlığı ilə verilən yazıda erməni ordusunun verdiyi kütləvi itkinin gizlədildiyi bildirilirdi. Lakin indi həmin yazı (BURADA) silinib.

Amma Quqlun yaddaşına keçən bu yazı artıq İnternetə yerləşib və saytdan silinsə də, həmin yazını açmaq və oxumaq mümkündür (BURADA).

Eyni zamanda, Romella Mnatsakanyan və digərlərinin öz bloqundan yazdığı yazılar da silinir (Mnatsakyanın yazısının skrini təqdim edilir).

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qruplarının qarşısı alınarkən 20-dən çox erməni əsgərinin məhv edildiyi və yaralandığını açıqlamaqla bərabər, faktı təqdiqləyən materialların təqdim ediləcəyini bəyan edib.

Tarix
2015.03.20 / 15:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla