Yuxarı

Pentaqondan orduya əmr: Hazır olun! – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pentaqondan orduya əmr: Hazır olun! – Video

2020.05.30 - 14:16

Corc Floydun ölümündən sonra küçəyə çıxıb ədalət tələb edən minlərlə etirazçı və polis arasında toqquşmalar davam edir.

Axar.az xəbər verir ki, yüzlərlə insan Ağ Evin qarşısında toplaşıb, Nyu Yorkda isə bir polis idarəsi etirazçılar tərəfindən yandırılıb.

Los-Ancelesdəki polis maşınlarına ciddi ziyan vurulub.

Qeyd edək ki, polis saxtakarlıqda şübhəli bilinən qaradərili Corc Floydu saxlayarkən, onu yerə uzadıb və əlini arxadan qandallayıb. Bu zaman dizini onun boynuna qoyub. Floyd nəfəs ala bilmədiyini və boğulduğunu desə də, polis buna əhəmiyyət verməyib. Nəticədə şübhəli boğularaq ölüb.

Bu olay ABŞ-da böyük etirazlara səbəb olub.

Floydun ölümünə səbəb olan Minneapolis polis məmuru Derek Çauvin cümə günü üçüncü dərəcəli qətl və cinayətə təşəbbüslə həbs edilib.

***

Minneapolisdə polisin Corc Floydu öldürməsi ilə əlaqədar Vaşinqtonda başladılan etiraz aksiyasında "Foks Nyus" kanalının çəkiliş qrupu hücuma məruz qalıb.

Məlumata görə, kanalın əməkdaşı Lenand Vittert canlı yayımda olan zaman maskalı etirazçılar onu mühasirəyə alıb. Onlar kanalın əməkdaşlarını döyüb və kameranı sındırıb.

***

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsinə qarşı aksiyalar genişlənib.

Buna görə Pentaqonun müxtəlif ştatlardakı qoşunlara küçəyə çıxmağa hazır olmaları barədə əmr verdiyi iddia edilib.

Məlumata görə, Pentaqon əsasən Şimali Karolina, Nyu York və Virciniya ştatlarındakı qoşunlara əmrə hazır olmaları barədə göstəriş verib.

Qeyd edək ki, etiraz aksiyaları 30-a yaxın şəhərdə davam edir.

Tarix
2020.05.30 / 23:21
Müəllif
Tural Əzimzadə
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla