Yuxarı

Gülən mediası "erməni soyqırımını" tanıdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gülən mediası "erməni soyqırımını" tanıdı - Foto

Bir müddət öncə Avropa.info saytı Türkiyədə Fətullah Gülən şəbəkəsinin qondarma "erməni soyqırımı" ilə bağlı keçiriləcək aksiyalara dəstək verəcəyi haqda sensasion informasiya yaymışdı.

Türkiyənin Milli İstiqbarat Təşkilatı (MİT) artıq bunula bağlı ciddi informasiyalar əldə edib. Ermənilərə dəstək vermək üçün Gülən camaatının nəzarətində olan media quruluşlarına, ayrı-ayrı nüfuzlu şəxslərə konkret olaraq Penselvaniyadan tapşırıqlar gəlib.

Mart ayının sonları, aprelin əvvəllərindən etibarən Gülənə məxsus olan media orqanlarında "erməni soyqırımı" ilə bağlı təbliğat aparılacağı gözlənilir. Bundan başqa, paralelçilər ermənilərin keçirdiyi müxtəlif tədbirlərə də qatılacaqlar.

"Gülən camaatı Türkiyədə yaşayan ermənilərin müxtəlif toplantılarına dəstək verərək, "Bunlar da Türkiyə vətəndaşlarıdır" devizindən istifadə edəcəklər. Lakin əsas məqsəd Penselvaniyadan alınan tapşırıq əsasında "erməni soyqırımı"na dəstək vermək olacaq".

Çox gözləmək lazım gəlmədi. Xocalı soyqırımının 23 illiyi zamanı dünyanın bir çox nüfuzlu media orqanları bu həqiqi soyqırım haqqında informasiyalar, reportajlar yaymasına baxmayaraq, heç kimin gözləmədiyi halda Gülən mediası bu haqda bir cümləlik belə məlumat vermədi. Reportaj bir yana, gülənçilər informasiya xarakterli məlumat yaymağı belə çox gördülər. Görünür, erməni sevgisini buna imkan vermirmiş.

Gülənə məxsus "Zaman" qəzetinin əcnəbi yazarı Joost Lagendijk Türkiyə hökumətinin Çanaqqala savaşının 100 illiyi tədbirlərinin keçirilməsi haqda qərarını yazdığı yazıda belə şərh edir:

"24 aprelin üfüqdə görünməsi ilə birlikdə, artıq qaçacaq yer qalmadı. O gün dünyanın dörd bir yanında insanlar ERMƏNİ SOYQIRIMINI xatırlayacaq.

Türk hökuməti diqqəti ERMƏNİ SOYQIRIMININ YÜZÜNCÜ İLDÖNÜMÜNDƏN başqa yönə çəkmək məqsədilə Çanaqqala savaşının 100-cü il dönümünü 25 apreldən eyni günə daşıyaraq, utanmazcasına, açıq şəkildə bir işə girişdi. Bu səy işə yaramayacaq və Türkiyə boş yerə etibarsızlaşdırılacaq".

Bu sözlər hansısa erməni qəzetində yazılmayıb. Azərbaycanda da bürosu fəaliyyət göstərən "Zaman" qəzetində yayılıb. Bu da fotofakt.

Tarix
2015.03.23 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla