Yuxarı

Sabiq prezident üzr istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq prezident üzr istədi

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf ona qarşı irəli sürülən vətənə xəyanət davasından çəkinmədiyini və həbs ediləyəcəyi təqdirdə də ölkəni tərk etməyi düşünmədiyini deyib.

Sabiq prezident ona qarşı qaldırılan ittihamlara cavab olaraq deyib: "Nə olursa olsun, 9 illik iqtidarda olduğum zaman hər şeyi ölkəm və millətim üçün etdim. Kimsə mənim yanlış bir addım atdığımı düşünürsə, mən üzr istəyirəm. Ancaq günahsız olduğumu sübut edəcəm".

Pərviz Müşərrəf 1999-cu ildə Baş nazir Məhəmməd Nəvaz Şərifin onu ordu komandanı vəzifəsindən kənarlaşdırması səbəbindən çevriliş edərək, 2008-ci ilə qədər Pakistana rəhbərlik edib. Daha sonra ona qarşı artan təzyiqlər üzündən istefa edib.

Keçən il seçkilərə qatılmaq üçün ölkəyə gələn Müşərrəf məhkəmənin qərarı ilə ev dustaqlığına məhkum edilib. Sabiq prezidentə son olaraq Pakistan Konstitusyasının VI maddəsi üzrə vətənə xəyanət davası açılıb.

Xarici ölkəyə çıxması qadağan edilən Müşərrəf İslamabadda Çakşəhzad kəndində yaşayır.

Tarix
2013.12.21 / 01:56
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla