Yuxarı

Prezident oğlu qardaşının ölümündən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident oğlu qardaşının ölümündən danışdı

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin böyük oğlu Aleksandr iki gün öncə Baykal gölündə boğulan kiçik qardaşı Viktorun Krımda (Sevastopolda) dəfn edilməsini anasının burada yaşaması ilə izah edib.

Musavat.com-un verdiyi xəbərə görə, bu barədə o, "Komsomolskaya pravda" qəzetinə müsahibəsində deyib.

"Biz qardaşımı ona görə Krımda dəfn elədik ki, o, Krımı, ələlxüsus Sevastopolu çox sevirdi. Bundan əlavə, yarımadada bizim anamız yaşayır və ondan ötrü qardaşımın qəbrinə baş çəkmək asan olacaq" – deyib Aleksandr Yanukoviç.

Qardaşı Viktorun ölümü ilə bağlı bəzi təfərrüatı da danışıb: "Hadisə baş verən zaman qaranlıq olub. Vitya sükan arxasında gedərkən buz xırçıldamağa və çatlamağa başlayıb. Görünür, qardaşım düşünüb ki, daha uzağa – daha qalın buza doğru getmək lazımdır. Odur ki, maşını axıra kimi "çəkib aparıb". Hamı tullanmağa macal tapıb, ondan savayı. O, dibə gedib, hərçənd sürücü qapısı artıq açıq olub. Qaranlıq, soyuq su..."

Tarix
2015.03.24 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla