Yuxarı

Rusiyada azərbaycanlı dəstə ələ keçirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada azərbaycanlı dəstə ələ keçirildi

Rusiyada narkotik alverilə məşğul olan azərbaycanlı dəstə ələ keçirilib.

ANS-in məlumatına görə, Voloqda polis əməkdaşları marixuana satışını təşkil etmiş cinayətkar qrupu zərərsizləşdirib. Qrup üç nəfərdən ibarət olub və həmin şəxslər əvvəllərdə bu cür əməllərinə görə qanun qarşısında cavab veriblər.

Operativ axtarış tədbirlərinin keçirilməsi nəticəsində narkokuryerləri iş başında yaxalayıblar. Saxlanılan azərbaycanlılar, 36 və 58 yaşı taksi sürücüləri bu əməllərinə görə dəfələrlə mühakimə edilib və cəza çəkiblər.

Polis araşdırmasından sonra cinayətkar qrupun təşkilatçısı, 48 yaşlı azərbaycanlı vətəndaş da ələ keçirib. Həmin şəxsin 3 mərtəbəli villasında aparılan axtarış zamanı evdən bahalı zinət əşyaları və 90 qram marixuana aşkarlanıb.

Polis bildirib ki, qrupun bütün üzvləri Rusiya Federasiyası vətəndaşıdır və çoxdandır ki Voloqda yaşayırlar. Hazırda faktla bağlı cinayət işi açılıb və istintaq aparılır. Saxlanılan şəxsləri 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Tarix
2015.03.28 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla