Yuxarı

İstanbul qanlı girov əməliyyatından sonra - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbul qanlı girov əməliyyatından sonra - Fotolar

İstanbul Ədalət Sarayındakı qanlı girov əməliyyatından sonra şəhərin Oxmeydanı ərazisində qarışıqlıq yaranıb.

Axar.az Türkiyənin Cihan Xəbər Agentliyinə istinadən xəbər verir ki, icazəsiz aksiya keçirən maskalı şəxslər polisə molotov, fişəng və daşla hücum edib. Polis də bibər qazı ilə müdaxilə edərək etirazçı qrupu dağıtmağa çalışıb.

Xəbər verdiyimiz kimi, prokuror Məhmət Səlim Kirazın girov götürüldüyü İstanbul Ədalət Sarayındakı hadisədə Kiraz həyatını itirmiş, 2 terrorist isə öldürülmüşdü. Bu əməliyyatdan sonra Şişli Mahmud Şevket Paşa məhəlləsinə yığışan maskalı şəxslər Mithat Paşa küçəsində hərəkəti dayandırıb. İcazəsiz nümayiş keçirən qrup polisə molotov bombası, fişəng və daşla hücum edib. Polis isə qrupun həmləsinə bibər qazı və təzyiqli su ilə cavab verib. Polisdən daxil olan məlumata görə, maskalı şəxslər silahdan istifadə edib.

Oxmeydanındakı gərginlik gecə saatlarına qədər davam edib.

Tarix
2015.04.01 / 09:37
Müəllif
Məmməd Rauf
Digər xəbərlər

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla