Yuxarı

İran onlara hərbi yardımı kəskin azaltdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran onlara hərbi yardımı kəskin azaltdı

İranın 2020-ci ilin ilk ayından etibarən İraqda fəaliyyət göstərən şiə qruplaşmalarına hərbi və maddi köməyi əhəmiyyətli dərəcədə azalıb.

Axar.az “Röyter”ə istinadla xəbər verir ki, COVİD-19 infeksiyasının yayılması nəticəsində yaranan iqtisadi çətinliklər, iki ölkə arasında pandemiya səbəbindən sərhədlərin bağlanması və ABŞ-ın İrana sanksiyalarının daha da şiddətlənməsi bu dəstəyin azalmasının əsas amilləri kimi göstərilir.

Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürülməsinin də İranın sözügedən qruplaşmalara yardım etməsinə ağır zərbə vuran amillərdən olduğu deyilir.

Cari ilin ilk ayından etibarən İranın İraqda fəaliyyət göstərən 4 əsas şiə qruplaşmasına etdiyi maddi yardım aylıq 4.5- 5 milyon dollardan 2-3 milyona, bəzi hallarda isə daha da aşağı düşüb. Halbuki bu rəqəm ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından çıxaraq, yenidən İrana sanksiyalar tətbiq etməsindən əvvəl aylıq 13-15 milyon dollar arasında dəyişirdi. Hazırda həmin qruplaşmalar hərbi əməliyyatlar keçirmək üçün ehtiyac duyduqları maddi vəsaiti digər yollarla əldə etməyə çalışırlar.

Bəzi məlumatlarda İranın oxşar səbəblərə görə Qəzza zolağında fəaliyyət göstərən Fələstin qruplaşmaları, eləcə də Livan Hizbullahına da maddi və hərbi yardımı kəskin azaltdığı qeyd edilir.

Tarix
2020.07.03 / 23:51
Müəllif
Aytac Araz
Digər xəbərlər

Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla