Yuxarı

Yeni şans - “GUAM hərbi ittifaqa çevrilməlidir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni şans - “GUAM hərbi ittifaqa çevrilməlidir”

"Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova GUAM təşkilatını hərbi-siyasi ittifaqa çevirməlidir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə gürcü politoloqu Gela Vasadze çıxış edib".

Onun sözlərinə görə, bu dörd ölkə yalnız bu formatda Rusiya aqressiyasına qarşı dayana bilər:

"Gürcüstan, Ukrayna və Azərbaycan Rusiya aqressiyasına məruz qalmış və ya indinin özündə də məruz qalan ölkələrdir. Bir müddət öncəyə qədər GUAM ölkələrindən yalnız Ukrayna Rusiya aqresiyyasının qurbanı olmamışdı. İndi burada da vəziyyət dəyişib. Azərbaycana gəlincə isə bu ölkənin Rusiya ilə birbaşa konflikti yoxdur. Amma unutmaq gərək deyil ki, onun ərazilərinin 20%-i Rusiyanın hərbi-siyasi ittifaqı olan Ermənistan tərəfindən işğal edilib. Ona görə də əminliklə deyə bilərik ki, GUAM ölkələrinin xarici siyasətdə ümumi riskləri və çağırışları var. Dəqiq olan odur ki, xarici siyasətdə ciddi risklərdən biri bizim ümumi qonşumuz Rusiyadır. Bu riskə qarşı ən məntiqli cavab hərbi-siyasi ittifaqın yaranması olardı. Nə 2008-ci ildəki avqust müharibəsi, nə Krımın anneksiyası, nə də Donbas bizi NATO-ya yaxınlaşdırdı. Bunun əvəzində alyans öz ərazilərində hərbi konflikt olan və sərhədlərini idarə edə bilməyən bizi öz sıralarına qəbul etmək istəmir. Rusiya isə bu anda ocağa yağ tökür. Bizim ölkələrimizin NATO-ya üzv olmasının əleyhinə öz aqresiyyasından əlavə arqument kimi istifadə edir".

Tarix
2015.04.02 / 21:32
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Münhendə iclasda iştirak etdi - Video

Bakı məqsədli hücum dedi - Moskvadan absurd cavab

Prezident ailəsinin Münhendən səmimi - Fotoları

İlham Əliyev Münhendə Kohenlə görüşdü

Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

Prezidentdən erməni nümayəndəyə kəskin cavab - Video

Zelenski Əliyevlə görüşündən yazdı: Minnətdaram!

Əliyevdən bunu xahiş etdilər, Nürnberqi misal göstərdi...

İlham Əliyev Zelenski ilə görüşdü - Video

İlham Əliyev Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla