Yuxarı

İrəvanda fövqəladə vəziyyət rejimi uzadılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda fövqəladə vəziyyət rejimi uzadılır

Ermənistan hökuməti koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan elan etdiyi fövqəladə vəziyyət rejimini dördüncü dəfə uzatmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 6-da keçirdiyi brifinqdə bildirib.

“Biz başa düşürük ki, ölkədə fövqəladə vəziyyət rejimini sonsuzluğa qədər uzada bilmərik. Amma ölkədəki epidemioloji vəziyyəti də nəzərə almalıyıq. Balanslaşdırılmış qərar qəbul etməliyik. Vəziyyət onu göstərir ki, biz fövqəladə vəziyyət rejimini dördüncü dəfə və ən azı daha bir ay uzatmalıyıq”, - Paşinyan vurğulayıb.

O deyib ki, Ermənistan hakimiyyətinin üçüncü dəfə elan etdiyi fövqəladə vəziyyət rejimi iyulun 13-də başa çatır. Ölkədəki epidemioloji vəziyyət isə ağır olaraq qalır.

Qeyd edək ki, hazırda Ermənistanda 28 min 936 koronavirus xəstəsi var və onların 330 nəfəri son 24 saat ərzində yoluxub. 491 nəfər isə pandemiyanın qurbanı olub.

Tarix
2020.07.06 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla