Yuxarı

Ərdoğanın gözlənilən səfəri reallaşır - 4 il sonra

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın gözlənilən səfəri reallaşır - 4 il sonra

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 4 ildən sonra İrana rəsmi səfərinin tarixi açıqlanıb.

ANS-in məumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən açıqlama verilib.

Açıqlamada bildirilir: "Ərdoğan İran prezidenti Həsən Ruhaninin dəvəti ilə bir sıra nazirlərlə birlikdə aprelin 7-də İrana rəsmi səfər edəcək. 4 ildən sonra ediləcək bu səfər zamanı Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək".

Ərdoğanın səfəri zamanı iki ölkə arasında mövcud iqtisadi-siyasi əlaqələr müzakirə ediləcək.

Qeyd edək ki, bu günlərdə Ərdoğan İranın Yəmən və İraqdakı fəaliyyətini tənqid etmişdi. Prezident bildirmişdi ki, İran rəhbərliyi regionda hökmranlıq etməyə çalışır və İranın bu siyasəti qəbuledilməzdir.

İran tərəfi də Ərdoğanın tənqidinə sərt şəkildə cavab vermişdi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirmişdi ki, yanlış strategiyası və eqoist siyasətləri ilə böyük xəsarətlərə səbəb olan şəxslər yaxşı olar ki, məsuliyyətli şəkildə davranaraq regionda sabitliyin bərqərar edilməsi və regional inteqrasiyanın inkişafı yolunda addım atsınlar.

Tarix
2015.04.04 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla