Yuxarı

Litva: “Rusiya Avropanı parçalayır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Litva: “Rusiya Avropanı parçalayır”

Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus Yunanıstan Baş naziri Aleksis Çiprasın Rusiya ziyarətinin pərdəarxasını açıqlayıb.

Axar.az xəbər verir ki, Vilnüsün baş diplomatı Moskvanın Afinanı öz tərəfinə çəkməklə Avropa Birliyini parçalamaq niyyətində olduğunu bildirib:

"Hər ölkə öz mənfəəti üçün siyasət yürüdür. Mən ümid edirəm ki, Yunanıstan Avropa Birliyi və NATO üzvlüyünün öhdəliklərinin fərqindədir. Moskvanın Yunanıstana qida məhsullarının idxalı qadağasını qaldırmaq ehtimalı var. Rusiya bu yolla AB-ni bölmək istəyir".

Rusiyanın AB-nin bəzi ölkələri üçün embarqonu aradan qaldırmasının iqtisadi deyil, siyasi gediş olduğunu deyən Linkyaviçyus ittifaq ölkələrinə xəbərdarlıq edib:

"Avropa Birliyi öz maraqlarını təmsil etmək məqsədilə lazım olduğu kimi davranmalıdır. Xüsusilə də ticarət mövzusunda. Hər şey beynəlxalq razılaşmalar və standartlar çərçivəsində gerçəkləşməlidir. Yoxsa bəziləri bizi öz normalarına uyğun bölməyi qarşısına məqsəd qoyub. Buna icazə verməməliyik".

Tarix
2015.04.09 / 11:31
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Paşinyan açıqladı: 2022-ci il sentyabr döyüşlərindən sonra...

Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla