Yuxarı

Ermənilər Lavrova babalarının qəbrini göstərdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - Video

Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni babalarının qəbirləri tapılıb.

Axar.az Moderator.az-a istinadən xəbər verir ki, Ermənistanın Lori bölgəsinin Ardvi kəndindəki Hovhannes kilsəsinin həyətində Kalantaryan ailəsinin məzarlığı var.

Rusiya xarici işlər naziri, vaxtilə Tiflisdə məskunlaşan Kalantaryan ailəsinin qollarından birinin birbaşa nəslindəndir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 21 mart 1950-ci ildə Tiflisdə anadan olub. Bildirilir ki, Lavrovun atası Kalantaryan adlı bir Tiflis ermənisi idi. Daha sonra anası Valeria Borisovna Lavrovanın soyadını götürüb.

17 fevral 2005-ci ildə Ermənistana növbəti səfəri zamanı Lavrov İrəvanda Rusiya-Erməni (Slavyan) Universitetinin tələbələri ilə görüşüb. Tələbələrdən biri soruşub ki, erməni əsilli olmaq onu narahat edirmi?

Lavrov cavab verib: "Tiflis köklərim var, çünki atam oradandır, damarlarımda erməni qanı axır və başqa heç kimin qanı axmır. Bu qan mənə heç bir şeydə mane olmur."

Xatırladaq ki, Rusiyanın Baş naziri Mişustinin də bir tərəfi ermənidir və Qarabağ münaqişəsinin də həll edən əsas ölkə kimi Rusiya tərəfdən 16 ildir danışıqlara rəhbərlik edənlər də ermənilərdir.

Tarix
2020.08.02 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla