Yuxarı

Kiyev rus raketindən daha üstününü hazırlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyev rus raketindən daha üstününü hazırlayır

Ukrayna Belorus ilə yeni raket hazırlayır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov çıxış edib. O, yeni raketlərin Belorusla birgə hazırlanacağını bildirib:

"Ölkədəki müharibəyə baxmayaraq, bizim Belorusla hərbi əməkdaşlığımız azalmayıb. Dnepropetrovskdakı "Yujnoye" zavodunda biz "Sapsan" raketlərinin hazırlanmasına başlamışıq. Onların 2017-ci ildə təhvil veriləcəyini proqnozlaşdırırıq. İlkin olaraq 200 raket buraxmaq istəyirik. Onlar keyfiyyət baxımından "İsgəndər" raketlərindən daha yüngül və daha keyfiyyətlidirlər. Həm də ucuz başa gəlir".

Qeyd edək ki, 1990-2000-ci illərdə Ukraynada olan raket ehtiyatlarının hamısı ləğv edilmişdi. Ölkədə yalnız 90 kilometr məsafəni vurmaq qabiliyyətinə malik olan "Toçka-U" raketləri qalmışdı. "Sapsan" raketlərinin hazırlanması ilə bağlı iş 2006-cı ildən başlamışdı. Layihəyə əsasən onlar 2011-ci ildə ordunun hərbi arsenalına keçməli idi. Lakin 2013-cü ildə layihə rəsmən dayandırıldı və bütün proyektlər ləğv edildi.

Onu da xatırladaq ki, "Yujnoye" zavodunda həmçinin dünyanın ən güclü raketi olan P-36M "Satana" hazırlanmışdı.

Tarix
2015.04.11 / 00:59
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla