Yuxarı

Türkiyə çimərliklərdə də virusa qarşı hərəkətə keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə çimərliklərdə də virusa qarşı hərəkətə keçdi

Dəniz mövsümünün açılması insanlarda təbii olaraq çimərliklərin yeni növ koronavirusun yayılmasına təsiri barədə bir sıra suallar yaradır.

Axar.az xəbər verir ki, türkiyəli mütəxəssislərin fikrincə, virusun sudan yoluxma riski olduqca azdır. Lakin çimərliklərdə insanlar dənizdən istifadə etməklə yanaşı, eyni zamanda sıx toplaşır, yaxın təmasda olurlar. Bu da xəstəliyin yayılmasına yol açan əsas səbəblərdən biridir. Məhz bu səbəbdən Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısının alınması məqsədilə bir sıra qadağalar tətbiq olunur. Bu qadağalar arasında insanlar arasında dənizdə sosial məsafə aralığı bir metr müəyyən edilib, hətta bəzi bölgələrdə çimərlik və dənizdə maskadan istifadə qaydaları tətbiq olunur.

Hazırda Türkiyənin bəzi bölgələrində virusun artması müşahidə olunur. Hətta bəzi yaşayır ərazilərində sərt karantin qaydaları yenidən qüvvəyə minib. Lakin, bunun yay mövsümü və ya çimərliklərin açılması ilə əlaqəsi mütəxəssislər tərəfindən araşdırılır.

Xatırladaq ki, dünyada ilk dəfə Türkiyədə su və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılıb. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbul daxil olmaqla ölkənin 81 vilayətində tullantı və palçıq sularında virus aşkarlanıb.

Onu da qeyd edək ki, mütəxəssislər aprel ayı ilə müqayisədə son nümunələrin alındığı iyunda tullantı sularında virusun artdığını müşahidə ediblər.

Türkiyənin turistik bölgələri, o cümlədən Antalyada da tullantı sularında virusa rast gəlinib. Mütəxəssislər sularda tapılan virusun ölü olduğunu bildiriblər ki, bu da müsbət haldır.

Hazırda türkiyəli mütəxəssislər tərəfindən mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanması işlərinə başlanılıb.

Tarix
2020.08.05 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla