Yuxarı

Rusiya C-300-ləri Ermənistandan alıb, İrana verəcək - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya C-300-ləri Ermənistandan alıb, İrana verəcək - İddia

"Rusiya Ermənistandakı C-300-ləri İrana verə bilər".

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistanın "Lragir.am" saytı çıxış edib.

Saytın iddiasına görə, hazırda İranı Rusiyanın irəli sürəcəyi bütün variantlar razı salır:

"Rəsmi İran artıq bəyan edir ki, raketləri tezliklə almaq istəyir. Amma İrana da bəllidir ki, bu komplekslərin istehsalı artıq dayandırılıb. Hazırda İranı hər iki variant – həm C-300-lərin verilməsi, həm də 4 milyard dolların verilməsi razı salır. Bundan əlavə Moskvanın qərarı ABŞ və İsraildə narazılığa səbəb olub. Rusiya təkcə İrana C-300-ləri verməyəcək, o, həm də burada hiyləgər addım da ata bilər. Məsələn, bu gün Moskvada qəflətən Rusiya və Ermənistanın raket məsələləri ilə əlaqədar nümayəndələrinin iclası keçirilib. Rusiya Ermənistana C-300 raket komplekslərini verib, lakin onların istifadəsi halları baş verməyib. Bununla bərabər, Azərbaycan və Türkiyə Rusiyanı hər zaman bu komplekslərinə görə, qınayırlar. Rusiya Ermənistana verdiyi raketləri alaraq İrana ötürməsi variantı hazırkı dönəmdə istisna deyil. Bu, həm Türkiyə və Azərbaycanı razı sala, həm də Rusiyanın 4 milyard dollarlıq cərimədən qaçmasına yardım edə bilər. Ermənistan isə raketsiz də keçinə bilər".

Qeyd edək ki, 2011-ci ildə açıqlama verən Rusiyanın Hərbi-kosmik Müdafiə üzrə Ekspertlər Şurasının həmsədri İqor Aşurbəyli C-300 raket komplekslərinin istehsalının dayandırıldığını bildirmişdi. O, sonuncu dəfə rus ordusu üçün bu istehsalın 1994-cü ildə baş tutduğunu, ixracat üçün istehsalın isə tələbat olmadığına görə dayandırıldığını söyləmişdi.

Onu da xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir müddət öncə İrana C-300 raket komplekslərinin verilməsi ilə bağlı qadağanı ləğv edib.

Tarix
2015.04.15 / 12:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

Prezident FHN əməkdaşlarını təltif etdi

Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla