Yuxarı

Ukraynadan Belarusa nota: Səfirlə bağlı qalmaqal...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynadan Belarusa nota: Səfirlə bağlı qalmaqal...

Ukrayna Belarusdakı səfiri İqor Kizimin avtomobilində aparılan axtarışla bağlı insident səbəbindən Belarus Xarici İşlər Nazirliyinə nota göndərib.

Axar.az xəbər verir ki, notada Belarus sərhədçilərinin bu olaya aydınlıq gətirməsi və onların hərəkətlərinin izah edilməsi tələb edilib.

Bildirilib ki, Belarusda səfirə qarşı bu addım ölkələrarası dostluq münasibətlərə ziddir.

Qeyd edək ki, səfiri bir müddət öncə konsultasiya məqsədilə Ukrayna XİN ölkəyə çağırmışdı. Diplomat şəxsi avtomobili ilə Belarus sərhədindən keçən zaman sərhədçilər ondan avtomobilinin yük yerini açmasını və şəxsi əşyalarını göstərməsini tələb ediblər. Səfirin sözlərinə görə, 27 illik fəaliyyəti ərzində bu cür münasibətlə qarşılaşmayıb.

Kizim bildirib ki, son aylarda Belarusda baş verən hadisələr iki ölkə arasındakı etibarlı münasibətlərə təsir edib. Belarus Sərhəd Xidməti isə səfirin iddialarını rədd edərək, sadəcə maşına baxış keçirildiyini açıqlayıb.

Onu da əlavə edək ki, ötən gün səfir Rusiya və Belarus yaxınlaşmasından narahat olduqlarını açıqlamışdı.

Tarix
2020.09.12 / 00:02
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla