"Bu, mövcud vəziyyətdə həm
Rusiyaya, həm də anti-İran siyasəti yürüdən İsrailə sərf
edir".
Bu barədə Axar.az-a politoloq Fərhad Mehdiyev açıqlama verib. O
bildirib ki, mövcud geosiyasi şəraitdə İranın izolyasiyadan
çıxmasını ən çox Qərb və Amerika istəyir:
"Çünki İran izolyasiyadan çıxarsa, bu, neftin qiymətinin daha da
aşağı düşməsinə təkan yaradacaq. Hər iksinin də bir nömrəli gündəmi
hazırda Rusiyadır. Əsas məqsəd Rusiyanı çökürtməkdir. İran neftinin
və qazının dünya bazarına çıxması Qərb və ABŞ-ın yolunu açır.
Rusiya isə əksinə, bunu istəmir. Əldə olunan razılığa İsrail öz
məmnunluğunu bildirmədi və buna qətiyyən razı deyil. Amerikada
İsrailə çox yaxın olan respublikaçılar da bu cür müqavilənin
bağlanmasını istəmir. Müqavilə hələ bağlanmayıb, iyunda
bağlanmalıdır. Proses baş tutduqdan sonra 4 illə 10 ay arasında
İran üzərindən bütün sanksiyalar götürülməlidir. Qeyd edim ki,
İsveçrə bu xəbəri eşidən kimi neftin qiyməti cüzi də olsa, enmişdi.
Neftin qiyməti sanksiyalar aradan qalxdıqdan sonra hələ daha da
enəcək. Bu, əlbəttə ki, Rusiyanın maraqlarına zidd olduğu kimi
Qərbin maraqlarına isə çox uyğundur. Çünki Avropa neft və qazı
ixracı yolu əldə edir. Hesab edirəm ki, iyun ayında razılıq əldə
olunacaq və müqavilə imzalanacaq".
Politoloq iyuna qədər sözügedən müqaviləyə hətta bəzi qüvvələrin
əngəl törədə biləcəyini də açıqlayıb:
"Bəzi qüvvələr bu müqavilənin gerçəkləşməsinə əngəl törətməyə
çalışacaq. Rusiya da bunların arasındadır. Böyük ehtimalla bu
müqavilə imzalanacaq. Bunun nəticəsində də İran Rusiyadan
uzaqlaşacaq, Amerikaya isə daha yaxın olacaq. İqtisadi baxımdan bir
yaxınlıq - İranla ABŞ və Qərb arasında ticari əlaqələr daha
güclənəcək. Ancaq Rusiya ilə bu baş verməyəcək. Çünki Rusiya
iqtisadiyyatı İrana ucuz mal verə biləcək səviyyədə deyil. Xam
maddəyə İranın onsuz da ehtiyacı yoxdur. Lazım olanı Rusiyadan
alır. Ancaq texnologiyaları İran Rusiyadan almırdı, böyük
ehtimalla, bundan sonra da almayacaq. Ticari münasibətlər artmasa
da, Rusiya-İran arasındakı isti münasibətlər qalacaq. Ancaq Qərblə
ticari əlaqələrin artacağı təqdirdə Rusiya ilə heç bu isti
münasibətlər də olmayacaq. Çünki aralarında ideoloji uçurum var. Bu
ideoloji uçuruma isə həm İranın, həm də demokratik düşərgəni təmsil
edən Avropanın ehtiyacı var. Qərb dini bir dövlətlə - İranla bu
münasibətləri quracaq. Əlbəttə ki, Səudiyyə Ərəbistanı da dini
dövlətdir. Ancaq İrandan fərqli olaraq Qərb Səudiyyəyə qarşı
sərhədi keçmir. Bunun da yeganə səbəbi İranın anti-İsrail
siyasətidir".