Yuxarı

Bakıya erməni böhtanı: Həmzə briqadası cavab verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:01

Ermənilər son günlər Azərbaycana qarşı şərləmə kampaniyasını daha da genişləndiriblər. Artıq ingilisdilli mediada da Azərbaycanın guya Yaxın Şərqdən muzdlu gətirdiyi və onlardan mümkün əməliyyatlarda istifadə edəcəyi ilə bağlı materiallar yaymağa başlayıblar.

Axar.az xəbər verir ki, belə materiallardan biri Anfenglish.com saytında tirajlanıb. Livandan Ermənistana və işğal altında saxlanılan Dağlıq Qarabağa, o cümlədən Dağlıq Qarabağ ətrafındakı rayonlara ermənilərin köçürülməsini təşkil edən və bunu açıq şəkildə elan etməkdən qətiyyən çəkinməyən, başqa sözlə, beynəlxalq hüquqa və konvensiyalara meydan oxuyan Ermənistan öz əməlini ört-basdır etmək üçün Azərbaycanı “ittiham” edir. Xüsusilə Ermənistan səfirinin birbaşa vasitəçiliyi və təşkilatçılığı ilə İraqdan terrorçuların İran vasitəsilə Dağlıq Qarabağa gətirilməsi faktı ifşa olunandan sonra erməni diasporu da bu antitəbliğata qoşulub.

Belə ki, son məqalədə guya Türkiyənin Suriyadakı hərbi dəstələri Azərbaycana göndərməsi ilə bağlı dezinformasiya yayılıb. Hətta PKK-ya məxsus ANHA agentliyi “önəmli mənbə” rolunda çıxış edib və Sultan Murad qrupunun 50 üzvünün sentyabrın 22-də Azərbaycana göndərildiyini yazıb, üstəlik gələnlərin adbaad siyahısını yayıb. Terror saytı guya Türkiyənin avqust ayında 275 döyüşçünü Azərbaycana göndərdiyini, daha 150 nəfərin yaxın günlərdə göndəriləcəyi iddiası ilə çıxış edib.

Bu dezinformasiyalar bir müddət əvvəl Azərbaycana Yaxın Şərqdən 500 muzdlunun gətirildiyini “isbatlamaq” üçün uydurulan təbliğatın tərkib hissəsidir.

Yaxın Şərq üzrə türkiyəli jurnalist Levent Kamal isə erməni-PKK işbirliyinin yalanını ortaya çıxarıb. Levent Kamal Həmzə briqadasının komandiri Seyfəddin Poladla söhbət etdiyini və onun döyüşçülərin Azərbaycana göndərilməsi barədə bütün iddiaları rədd etdiyini bildirib.

Türkiyəli jurnalist bu iddianın həmçinin Türkiyə ordusuna bağlı mənbələrin də rədd etdiyini vurğulayıb.

Xatırladaq ki, 90-cı illərdə Qarabağda Yaxın Şərqdən gələn xeyli sayda terrorçunun ermənilər tərəfdən azərbaycanlılara qarşı döyüşdüyü hamıya məlumdur. Həmin vaxt o muzdluların meyitlərinin videoları da çəkilmişdi və hazırda ölkə kanallarının arxivlərində saxlanılır.

İndi belə bir dezinformasiya yaymaqla ermənilər dünyanın diqqətini öz iyrənc əməllərindən uzaqlaşdırmaq niyyəti güdürlər.

Tarix
2020.09.23 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla