Yuxarı

İtaliya: Bu ölkələr cərimə olunsun...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya: Bu ölkələr cərimə olunsun...

İtaliyanın Baş naziri Cüzeppe Konte Avropa Komissiyasının sığınacaq statusu üçün müraciəti rədd edilən qaçqınların öz ölkələrinə göndərilməsinin səmərəli təşkilinə dair yeni təkliflərini yüksək qiymətləndirib.

Axar.az xəbər verir ki, C. Konte Avropa miqrasiya siyasətində ümumi xəttə riayət etməyən və əməkdaşlıqdan yayınan Aİ ölkələrinə qarşı cərimələrin tətbiq olunmasına tərəfdar çıxıb. O qeyd edib ki, olduqca kompleks struktura malik miqrasiya fenomenini bir gündən o biri günə nizama salmaq mümkün deyil. Lakin Avropa Komissiyasının təklifi miqrasiya axınlarına qarşı həmrəylik və qarşılıqlı yardıma söykənməli olan effektiv Avropa siyasəti istiqamətində atılan mühüm addımdır. Üzərlərinə düşən öhdəliklərdən boyun qaçıran ölkələrə qarşı isə cəza mexanizmi işlənib hazırlanmalıdır.

Baş nazir həmçinin bildirib ki, onun ölkəsi dənizdə qəza vəziyyətinə düşən qaçqınların xilas edilməsində hər zaman öz öhdəliklərini yerinə yetirib. Bu da İtaliyaya miqrasiya axınlarının tənzimlənməsi tələbi ilə çıxış etməyə haqq verir, çünki Roma keçmişdə olduğu kimi güclü miqrasiya axınına daha passiv şəkildə dözmək niyyətində deyil.

Qeyd edilməlidir ki, Avropa Komissiyası yeni təkliflə uzun illərdən bəri dalana dirənmiş sığınacaq və miqrasiya siyasətində islahatlar istiqamətində canlanmaya və danaşıqların yeni mərhələyə keçməsinə çalışır.

Tarix
2020.09.27 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla