Yuxarı

Kəşfiyyat ova çıxdı: Oliqarxların gizli yazışmaları

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəşfiyyat ova çıxdı: Oliqarxların gizli yazışmaları

"Rus oliqarxları Ukrayna batalyonlarını maliyyələşdiriblər".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Boris Berezovskinin keçmiş təhlükəsizlik xidmətinin rəhbəri Sergey Sokolov çıxış edib.

O, bununla bağlı yazışmaların bir hissəsinin rusların əlində olduğunu bildirib:

"Rusiyada yazışmaların məxfiliyini saxlamaq olmur. Qərbdə isə belə şeyləri Mərkəzi Kəşfiyyat İdarəsi izləyir. Lakin Ukrayna uzun müddət internet üzərindən yazışmaların gizli saxlanılmasını təmin edə biləcək yer olub. Ona görə də Ukrayna ilə danışıqlar aparan rusiyalı oliqarxlar və siyasətçilər bu ölkənin serverlərindən istifadə ediblər. Bu informasiyaların bir hissəsi rus oliqarxlarının "Sağ sektoru" necə maliyyələşdirməsini əks etdirir. Rusların bir hissəsi Ukraynadakı müharibəyə yatırımlar edirlər. Bu o insanlardır ki, onlar pulları o qədər də təmiz yollarla qazanmırlar. Həmin şəxslər "Aydar", "Azov" batalyonlarına və "Sağ sektora" kapital qoyurlar. Onlar sadəcə pulu hazırda Ukraynada hökmranlıq edən gücə qoyurlar ki, hansısa bonuslar, zavodlar əldə edə bilsinlər. Lakin bir şeyi də anlamaq lazımdır ki, Ukrayna bu gün çəkic altına gedir. Ukrayna Təhlükəsizlik Xidməti həmin yazışmaların rusların əlinə keçəcəyindən qorxur və ona görə də Moskvadan tez tərpənmək istəyir. Amma ukraynalılar artıq gecikib. Çünki həmin serverlərin böyük hissəsi artıq Rusiya ərazisində yerləşir".

Tarix
2015.04.30 / 12:57
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla