Yuxarı

Jirinovski “Dünyanın 12 ağsaqqalı”ndan biri olmaq istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovski “Dünyanın 12 ağsaqqalı”ndan biri olmaq istəyir

"Mən Ukrayna hakimiyyətinə təsir etmək üçüm "Ağsaqqallar qrupu"na daxil olmaq istəyirəm".

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı siyasətçi Vladimir Jirinovski çıxış edib.

O, bununla Ukraynada müharibənin dayanmasına yardım edəcəyini bildirib:

"Ağsaqqallar öz ölkələrində ən yüksək vəzifələrdə olublar və onlar yaxşı məsləhətlər verə bilərlər. Onlar Ukrayna rəhbərliyinə qarşı yürütdükləri siyasətin yaxşı istiqamətə aparmadığını izah edə bilərlər. Prinsipcə mən də həmin qrupun üzvü olmaq istərdim".

Qeyd edək ki, "Ağsaqqallar qrupu" 2007-ci ildə Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandella tərəfindən yaradılıb. Onun yaradılmasında əsas məqsəd dünyəvi problemlərin həllinə yardım etməkdir. Onun tərkibinə 12 nəfər daxil olur və qrupun heyəti daima dəyişir. Ağsaqqallar təşkilatın investorları və əsasını qoyanlardan başqa heç kimə tabe olmurlar. Hazırda qrupun tərkibinə Kofi Annan (1997-2006-cı illər BMT-nin Baş katibi), Qrasa Maşel (Mandellanın həyat yoldaşı), Marti Axtisaari (Finlandiyanın eks-prezidenti, Nobel mükafatı laureatı), Ela Bxat (hindistanlı hüquq müdafiəçisi), Laxdar Braximi (BMT-nin keçmiş elçisi), Qru Xarlem Brundtland (Norveçin keçmiş Baş naziri), Fernando Kardozu (Braziliyanın keçmiş prezidenti), Ernesto Sedilyo (Meksikanın keçmiş prezidenti), Cimmi Karter (ABŞ-ın keçmiş prezidenti), Meri Robinson (İranlandiyanın keçmiş prezidenti), Nina Djilani (pakistanlı hüquq müdafiəçisi) daxildir.

Tarix
2015.04.30 / 16:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla