Yuxarı

Sensasiya: NATO Rusiya ilə gizli əlaqə yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq müharibənin başa çatmasından sonra NATO ilə Rusiya hərbi komandanlığı ilk dəfə birbaşa telefon əlaqəsi "Qaynar xətt"i bərpa edir.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Frankfurter Allgemeine Sonntagszeutung" qəzeti NATO-dakı mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Moskva ilə rabitə əlaqəsi gizli şəraitdə aparılacaq, həmişə açıq qalacaq və daim yoxlanılacaq.

"Qaynar xətt"in yaradılması təklifi isə Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayerə məxsusdur.

Qeyd edək ki, 1962-ci ildə Karib böhranından sonra SSRİ ilə ABŞ-ın hərbi komandanlığı birbaşa rabitə əlaqəsinin qurulması barədə razılıq əldə etmişdilər.

Tarix
2015.05.03 / 15:59
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla