Yuxarı

Bu, türk gəmisinə basqındır - Ekspert açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, türk gəmisinə basqındır - Ekspert açıqladı

Açıq dənizdə xarici bayraq altında üzən gəmiyə baxış keçirilməsi üçün həmin ölkənin icazəsi lazımdır. Bu səbəbdən icazəsiz ziyarət beynəlxalq hüquqda qanunsuz hesab edilir.

Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Hakan Qaran bildirib.

“Açıq dənizdə hər hansı bir gəmiyə baxış keçirilməsi məsələsi 2005-ci ildə Beynəlxalq Dəniz Təşkilatında müzakirə edildi. Beynəlxalq Dəniz Təşkilatının piratlığın qarşısını almaq üçün bir müqaviləsi var. O zaman 11 Sentyabr hadisəsini nəzərə alaraq, ona bir protokol əlavə edilməsi istənildi. ABŞ və müttəfiqləri kütləvi qırğın silahları daşımaqda şübhəli bilinən gəmilərə müdaxilə etməyə imkan verən bir metod tətbiq etməyə çalışdı. Daha sonra ABŞ 4 saat ərzində gəmilərin məxsus olduğu ölkədən cavab verilməyəcəyi təqdirdə, axtarış aparılması barədə maddə əlavə etməyə çalışdı. Bu təklif də qəbul edilmədi. Nəticədə, bu qərarın qəbul edilməsini istəyən ölkələr bəyanat verəcəklərini bildirdilər. Göründüyü kimi, AB Türkiyəyə bu qaydanı tətbiq etməyə çalışır. Ancaq Türkiyə bəyanata razılıq verməyib. Bu səbəbdən bu baxış-yoxlama tamamilə qanunsuzdur", - Qaran vurğulayıb.

Qeyd edək ki, 23 noyabrda "İrini" əməliyyatı çərçivəsində Almaniya freqatı Türkiyəyə məxsus yük gəmisində qanunsuz axtarış aparıb və heç bir qeyri-qanuni hal aşkar etməyib.

Tarix
2020.11.25 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Almaniyaya səfər edəcək

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla