Yuxarı

Erməni qubernator getdi: ancaq “Sünik” işarəsi verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni qubernator getdi: ancaq “Sünik” işarəsi verdi

Ermənistanın Sünik vilayətinin qubernatoru Unan Poqosyan istefa səbəblərini açıqlayıb.

Axar.az xəbər verir ki, o, bununla bağlı paylaşımını Sünik qubernatorluğunun Feysbuk səhifəsində edib.

Poqosyan hansı arqumentlərin gətirilməsindən asılı olmayaraq, indiki reallıqlarla barışa bilmədiyini yazıb. O, reallıqlar dedikdə postmüharibə dövründəki vəziyyəti, Qarabağdakı məğlubiyyəti və ərazi itkisini nəzərdə tutduğunu bildirib.

Ən maraqlı məqam isə qubernatorun son ismarışıdır. Belə ki, o, Sünikin sərhədlərini gücləndirməyi və onu qorumağı xahiş edib.

Məsələ bundadır ki, son vaxtlar erməni politoloq və iqtisadçılar Ermənistanın Zəngəzur (Sünik qubernatorluğu bu qədim mahalımızda yerləşir) mahalını Azərbaycana verməyə məcbur olacağı haqda tez-tez fikirlər bildirirlər. Onların qənaətinə görə, Azərbaycan artıq işğal zamanı maddi zərərlə bağlı hesablamalara başlayıb və beynəlxalq məhkəmələrə müraciət edərək, Ermənistanın onmilyardlarla dollar təxminat ödəməsi barədə qərar çıxarılmasına nail olacaq.

“Ermənistan o qədər təzminatı ödəmək iqtidarında deyil, əvəzini torpaqla kompensasiya etməyə məcbur olacaq. Azərbaycan isə Naxçıvanla əlaqəsini bərpa edən Zəngəzuru tələb edəcək”, - erməni ekspertlər bildirirlər.

Görünür, Paşinyanın vaxtilə ən qatı tərəfdarlarından sayılan Poqosyan da bunu nəzərdə tutub.

Tarix
2020.12.01 / 15:51
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla