Yuxarı

İtaliyalı naşir: "Bu layihələr ölkəniz üçün əvəzsizdir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliyalı naşir: "Bu layihələr ölkəniz üçün əvəzsizdir"

Son illər İtaliyada Azərbaycanla bağlı çoxlu sayda kitablar nəşr olunmaqdadır. Bu, müsbət haldır. Çünki italiyalı oxucular bu nəşrlər sayəsində ölkənizi daha yaxından tanıyır və reallıqları görür.

Azərtac xəbər verir ki, bu sözləri İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgisində iştirak edən "Sandro Teti Editore" nəşriyyat evinin direktoru Sandro Teti müsahibəsində söyləyib.

S.Teti deyib: "Azərbaycanın bir sıra institusional qurumları, o cümlədən AMEA, Bakı Slavyan və "ADA" universitetləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digərləri ilə əməkdaşlıq edirik. Əlaqələrimizin genişlənməsi ölkəniz haqqında daha çox məlumatlar əldə etməyə imkan yaradır. Xüsusi qeyd etmək istərdim ki, nəşriyyatımızda tanınmış yazıçı Kamal Abdullanın çapdan çıxmış "Yarımçıq əlyazma" romanı İtaliyada böyük maraqla qarşılanıb. Gələcəkdə Azərbaycana dair italyan dilində bir sıra yeni kitabların nəşr olunması da planlaşdırılır".

Azərbaycanın İtaliyada təbliği istiqamətində görülən işlərdən danışan S.Teti bildirib: "İtaliyada ölkənizlə bağlı tez-tez yüksək səviyyəli tədbirlər təşkil olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəni irsinizin, qədim tarixinizin və bir çox digər zənginliklərinizin nümayiş olunduğu sərgilər, konsertlər və konfranslar keçirilir. Bu cür layihələr ölkənizin təbliği baxımından əvəzsiz rol oynayır".

Azərbaycana səfərini xatırladan S.Teti deyib: "Ölkənizdə olduğum zaman buradakı tolerant mühit, din azadlığı anlayışının mövcudluğu məndə böyük təəssürat yaratdı. İtaliyada bu mövzuda nəşr olunmuş kitablar vasitəsilə artıq oxucularımız Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, dostluq mühitində yaşadığını bilirlər. Bu ölkəyə səfərim zamanı Azərbaycanla bağlı eşitdiyim bütün müsbət məqamların bir daha şahidi oldum".

Tarix
2015.05.17 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla