Yuxarı

Ayvazyandan Azərbaycana qarşı növbəti həyasızlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ara Ayvazyan bu gün – yanvarın 20-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirlərini – rusiyalı diplomat Sergey Kopırkin, Fransa səfiri Conatan Lakotan və ABŞ səfiri Lin Treysi ilə görüşüb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, görüşün gündəliyində keçmiş Dağlıq Qarabağ konflikti bölgəsində müharibədən sonrakı vəziyyət, regional təhlükəsizlik və sülhlə bağlı məsələlər olub.

Erməni tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Xarici işlər naziri Ayvazyan bu kontekstdə "artsax" xalqının öz müqəddəratını təyin etməsi və təhlükəsizlik hüquqları da daxil olmaqla, nizamlamanın təməl prinsiplərinin tam həcmdə tətbiqinin vacibliyini” qeyd edib.

Ayvazyan habelə 10 noyabr üçtərəfli sazişinə əsasən atəşkəsdən və sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsindən danışaraq, xüsusilə hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin geri qaytarılması ilə bağlı humanitar məsələlərin tam və fasiləsiz təmin edilməsinin prioritet olduğunu bildirib.

Xəbərə görə, Ermənistan XİN başçısı və səfirlər keçmiş Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində humanitar vəziyyət və erməni əhalinin ehtiyaclarının ödənilməsi istiqamətində atılan addımlar barədə fikir mübadiləsi də aparıblar. Bu yöndə beynəlxalq strukturların, xüsusən də BMT və onun yerdəki ixtisaslaşmış qurumlarının prosesə maneəsiz cəlb olunmasının vacibliyi vurğulanıb.

Artıq tarixin zibilliyinə göndərilmiş öz müqəddəratını təyin etmə iddiasının ardınca Ara Ayvazyan Azərbaycana qarşı daha bir həyasızlıq edib. Erməni qaynağı bildirir ki, görüşdə o, diplomatların diqqətini “Azərbaycanın erməni tarixinin, mədəni-dini irsinin və identikliyinin məhvi istiqamətində göstərdiyi səyləri nəzərə alaraq, Azərbaycanın nəzarətindəki ərazilərdə erməni tarixi, mədəni və dini irsinin qorunub saxlanılması istiqamətində atılan addımların aktuallığına” yönəldib.

Xatırladaq ki, Ermənistanın 10 noyabr kapitulyasiya sənədini imzalamasından sonra artıq Azərbaycan üçün nə Minsk Qrupunun hansısa üzdəniraq “təməl həll prinsipləri” mövcuddur, nə də ümumiyyətlə, Dağlıq Qarabağ konflikti anlayışı. Rəsmi Bakı dəfələrlə bunu da açıq və birmənalı şəkildə bəyan edib ki, Dağlıq Qarabağda qalan bir ovuc yerli erməniyə heç bir xüsusi status tanınmayacaq, oradakı ermənilər bizim vətəndaşlardır və çoxmillətli, çoxkonfesiyalı ölkəmizdə digər vətəndaşlar və millətlər kimi bərabər statusda yaşayacaqlar.

Hətta Rusiya Prezidenti Vladimir Putin də Dağlıq Qarabağ konfliktini artıq unutmaq lazım olduğu, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib, statusla bağlı erməni tərəfinin illüziyalarla yaşamamalı olduğu barədə aydın mesajlar verib. Son olaraq Rusiya XİN rəhbəri Sergey Lavrov iki gün öncə status mövzusunun rəsmi Moskva üçün artıq maraq və önəm kəsb etmədiyini birmənalı şəkildə bəyan edib.

O ki qaldı hərbi əsirlərin qeyd-şərtsiz qaytarılmasına, Azərbaycan artıq bütün erməni hərbi əsirləri geri verib. Söhbət müharibə dayanandan sonra Hadrutda diversiya törədərkən ələ keçmiş 62 erməni terrorçudan gedirsə, rəsmi Bakı dəfələrlə bildirib ki, onlar hərbi əsir sayıla bilməz və Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında mühakimə ediləcəklər.

Odur ki, Ayvazyan özünü məğlub ölkənin XİN rəhbəri kimi aparsa, ən çox elə Ermənistan üçün faydalı olar...

Tarix
2021.01.20 / 21:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla