Yuxarı

Soçidə nələr müzakirə ediləcək? - Suriyalı müxalif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçidə nələr müzakirə ediləcək? - Suriyalı müxalif

Gərginliyi azaltma bölgələrində artıq bombardmanı birdəfəlik dayandırmaq istəyirik.

Axar.az xəbər verir ki, bunu Suriyanın müxalif qüvvələrinin hərbi nümayəndəsi Aymen əl-Asimi Soçi görüşü öncəsi açıqlamasında bildirib.

"Soçidə İdlibdə atəşkəsə riayət edilməsi, kütləvi miqrasiyanın qarşısının alınması, xüsusilə Konstitusiya Komitəsinin işi, mülki şəxslərin qorunması, rejimin təcavüzkarlığı, bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması, eyni zamanda insanların yaşayış yerlərinə könüllü və təhlükəsiz şəkildə qayıtmasının təmin edilməsi kimi məsələlər müzakirə olunacaq", - Asimi vurğulayıb.

Son Cenevrə görüşü barədə də danışan Asimi BMT-nin mövqeyini tənqid edib:

"BMT Cenevrə prosesi əsnasında lazım olanı etmədi. Qatarı relsə oturtmaq üçün Astana danışıqlarına qayıtmaq və daha sonra konkret nəticələrlə Cenevrəyə getmək lazımdır".

Qeyd edək ki, fevralın 16-17-də Rusiyanın Soçi şəhərində Suriya Konstitusiya Komitəsinin iclası keçiriləcək.

Tarix
2021.02.16 / 08:45
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla