Yuxarı

Türklərə qarşı repressiya gedir – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türklərə qarşı repressiya gedir – Foto

Çinin Sincan muxtar rayonunda bir il davam edən əməliyyatın gedişində 181 "terror təşkilatının" zərərsizləşdirildiyi məlumatı yayılıb.

Axar.az xəbər verir ki, bu əməliyyata ötən ilin mayında, Sincanın mərkəzi şəhəri Urumçidə kamikadze partlayışı nəticəsində 39 nəfərin həlak olmasından sonra başlanıb. "BBC-Azərbaycanca" bölgədə cərəyan edən proseslərə diqqəti çəkib və geniş reportaj hazırlayıb.

Reportajda qeyd edilir ki, terrorla əlaqəsi olan 112 nəfər özünü polisə təslim edib. Pekinin "terrorçu qruplar" deyərkən kimi nəzərdə tutması tam aydın deyil. Bu məlumatlarda oktyabrın 12-də Kaşqarda baş vermiş və 22 insanın ölümünə səbəb olmuş hücumdan söz açılmır. Noyabrın 18-də Şaşe rayonunda törədilmiş bomba basqını barədə də məlumat verilmir. Halbuki bu basqında 11 hücum edən də daxil olmaqla 15 nəfər həlak olmuşdu.

Antiterror fəaliyyətinə dair hesabatda sadəcə olaraq qeyd edilir ki, kampaniya ərzində terrorçuların zərərsizləşdirilməsi işində polisə 10 minədək sakin kömək edib.

Çin bu regiona nəzarətini 1949-cu ildə qısa müddətdə mövcud olmuş Şərqi Türküstan dövlətini ləğv etdikdən sonra ələ alıb. Həmin vaxtdan bəri regiona məqsədli şəkildə çinlilərin köçürülməsinə başlanıb. Uyğurlar ənənəvi mədəniyyətlərinin itib gedəcəyindən narahatdırlar. Çin mediası xəbər verib ki, kampaniyanın ilk iki ayı ərzində 400 nəfər həbs olunub və 40-dək zorakı qrup məhv edilib. Qısamüddətli məhkəmələrin ardınca edam edilənlər də olub. Ötən ilin iyun ayında Sincan rayonunda 13 nəfər terror aktlarına görə edam olunub. Bunlardan üçü 2013-cü ildə Tyananmen meydanında avtomobillə törədilmiş ölümcül qəzada təqsirli bilinənlərdir. Daha 12 nəfər ötən iyulda Şaşe şəhərində 100-dək insanın ölümü ilə nəticələnmiş basqınlara görə edam edilib.

Sincan əhalisinin 60 faizini müsəlman uyğurlar təşkil edirlər və burada etnik gərginlik onillərdir ki, davam edir. Çinin hakimiyyət orqanları gərginlikdə separatçı hərəkatı, düşmən xarici qüvvələri və dini ekstremizmi günahlandırılar. İnsan haqları qrupları isə bildirirlər ki, hökumət bu regionda repressiyalar həyata keçirir və dissidentlər təqib olunur.

Tarix
2015.06.01 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MMN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

Xankəndidə atəşfəşanlıq oldu

"Qartal" hərbi paradda belə keçid etdi - Video

Tokayev Azərbaycanı təbrik etdi

Ordumuz Zəfər Gününü belə qeyd etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla