Bakıda 1-2 milyard dollarlıq çöp axtaran media nəhəngi
Londonda 15 milyardlıq tiri niyə görmək istəmir?
2015-ci ilin ən mötəbər idman festivalı olan İlk Avropa
Oyunlarının başlanmasına çox qısa vaxt qalır. "Köhnə qitə"nin idman
tarixində əlamətdar hadisə olacaq Avropa Oyunları 50 milli olimpiya
komitəsindən 6000-dən artıq atleti bir araya gətirəcək.
Qeyd edək ki, Avropa Oyunlarının keçirilməsi ideyası uzun illər
müzakirə mövzusu olub və sonda qitə yarışlarının idmanın inkişafına
verəcəyi töhfələr nəzərə alınaraq yeni, innovativ oyunların
təşlkili haqqında qərar qəbul edilib. Bakı-2015 ilk Avropa
Oyunlarının önəmli cəhəti həm də ondan ibarətdir ki, yarış
proqramına daxil edilən 20 idman növünün 12-si üzrə atletlər
Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə
və bu mühüm idman yarişmasini ümumavropa bayramına çevirməklə bir
daha göstərdi ki, təkcə enerji təhlikəsizliyi sahəsində deyil, həm
də humanitar sahədə Avropa üçün önəmli tərəfdaş ola bilər.
Təəssüf ki, idman yarışması yaxınlaşdıqca Azərbaycana qarşı
təşkil olunan hücumların intensivləşməsi Avropa dairələrinin
ölkəmizə qarşı münasibətinin heç də səmimi olmadığını göstərir.
Belə demək mümkündürsə, əgər 2012-ci ildə Azərbaycana qarşı
qarayaxma kampaniyasının lokomotivi rolunda Almaniya çıxış
edirdisə, indi bu çirkin missiyanın Böyük Britaniyaya keçdiyini
iddia etmək olar. Ən azından son bir neçə gündə BBC, Guardian,
İndependent, Sandy Times kimi nəşrlərin Azərbaycan və l Avropa
Oyunları ahaqqında əsassız, qeyri-obyektiv və qərəzli materiallar
verməsi, Platform London adlı təşkilatın Avropa Oyunlarının
sponsoru olan BP-yə qarşı təzyiq kampaniyası təşkil etmədi,
Azərbaycanın Londondakı səfirliyi qarşısında aksiya keçirmək
niyyəti bunu deməyə əsas verir.
Xüsusilə Britaniyanın ən böyük mediakorporaiyası olan BBC-nin
Azərbaycana qarşı davamlı mənfi münasibətinin daha da
kəskinləşməsi, onun ölkəmizə qarşı qarayaxma cəhdlərinin daha ifrat
xarakter alması müşahidə olunur. Təsadüfi deyil ki, BBC Qərb və
xüsusilə Britaniya mediası üçün bir növ rolunu üzərinə götürməklə
tezis formasında müxtəlif absurd məslələləri qaldırır, sonra isə bu
mövzular digər media orqanlarında da aktiv şəkildə müzakirə
olunmağa başlayır. Azadinform.az-ın məlumatına görə, BBC-nin
tezislərindən biri Azərbaycan hökümətinin guya Avropa Oyunlarının
təşkilinə fantastik məbləğlər xərcləməsini nəzərdə tutur. İddia
edilir ki, guya hazırlıq dövründə həyata keçirilən hər bir tədbir,
görülən hər bir iş Azərbaycanın təbliği məqsədi daşıyır və bir başa
bu yarışlarla bağlıdır. BBC neftin qiymətinin aşağı düşməsi və
Azərbaycanın gəlirlərinin azalması səbəbindən "ölkənin bu xərclərin
altından necə çıxacağından narahatlığını ifadə edir" və oyunların
tamamilə "mənfəətsiz" olduğu iddiasını irəli sürür. Maraqlıdır,
görəsən Britaniya mediası hansı səbəbdən Azərbaycana bu qədər can
yandırır? Nəyə görə BBC-ni Azərbaycanın bu vəziyyətdən necə
çıxacağı, nə edəcəyi Britaniyanın özünün daxili problemlərindən
daha çox maraqlandırır? Görəsən 2012-ci ildə bütün dünyada iqtisadi
böhran vəziyyəti hökm sürəndə BBC öz hökuməti qarşısında 15 milyard
dolların Olimpiadaya xərclənməsinin nə dərəcədə məqsədəuyğun
olub-olmaması məsələsini niyə qaldırmadı? Olmaya London Olimpiadası
rentabellik rekordu vurdu? Xeyr. Çünki London Olimpiadası vaxtə
əldə olunan gəlir cəmi 52 milyon 800 min funt təşkil etdi. Digər
tərəfdən, olimpiadanın Londonda keçirilməsi qərarından əvvəl
Beynəlxalq Olimpiya Komitəsinə müraciətlər təqdim ediləndə,
Britaniya hökuməti bu tədbirə 4.2 milyard fiunt sərf edəcəyini
açıqlamışdı. Görəsən olimpiada büdcəsinin 2 dəfədən çox
şişirdilməsi BBC-ni niyə narahat etmirdi? Yaxud BBC elə bir
olimpiya oyunlarını göstətə bilərmi ki, orada gəlir çəkilən xərcə
çatsın, yaxud da onu üstələsin?! Nəyə görə BBC Kanada hökumətinin
XVll Panamerika Oyunlarına 2.5 milyard xərc çəkib cəmi 150 milyon
Kanada dolları qazanmaq ehtimalı barədə heç nə demir?
Azərbaycana gəldikdə, bu ölkə hər zaman idman infrastrukturunun
inkişafına böyük önəm verib. Azərbaycanda idman infrastrukturunun
inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı qəbul ediləndə, hər
bölgədə İdman Olimpiya kompleksi tikiləndə, Bakıda möhtəşəm idman
arenaları yaradılanda l Avropa Oyunları miqyaslı tədbirin
keçirilməsi gündəlikdə yoxuydu. Bakıya ilk Avropa Oyunlarının ev
sahiblik hüququ 2012-ci ilin dekabrın 8-də İtaliyanın paytaxtı Roma
şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 41-ci Baş
Assambleyasında verildi. Tarix gün kimi aydındır. Avropa
Oyunlarında yarışların keçiriləcəyi və yeni inşa olunan 5 idman
qurğusundan 3-ü - Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası
və Bakı Su İdmanı Sarayının tikintisinə başlanılması və ya bu
barədə göstərişin verilməsi Avropa Oyunlarının keçirilməsi barədə
qərardan daha əvvələ təsadüf edir. Belə ki, Milli Gimnastika
Arenasında tikinti işlərinə 2009-cu ilin avqustun 26-da başlanılıb,
Bakı Olimpiya Stadionun təməli isə 2011-ci ilin iyunun 6-da
qoyulub. Daha bir möhtəşəm arena - Bakı Su İdmanı Sarayının
tikintisi barədə Prezident İlham Əliyev 2012-ci ilin avqustun 30-da
sərəncam verib. Göründüyü kimi, BBC-nin Avropa Oyunlarında idman
arenalarının tikintisinə hökümətin iri həcmli maliyyə resurslarının
ayırması fikri qərəzdən və əsasız anti-təbliğatdan başqa bir şey
deyil. Ümumiyyətlə, olimpiada və qitə oyunları kimi multi-idman
yarışlarının ev sahibləri bundan mənfəət qazanmaq məqsədi
güdmürlər.Beynəlxalq olimpiya və idman dəyərlərinin inkişafına
töhfə vermək, idman vasitəsilə xalqları bir-birinə daha da
yaxınlaşdırmaq, ölkənin beynəlxalq nüfuzunu, siyasi və iqtisadi
gücünü nümayiş etdirməkdir. Belə oyunları təşkil etmək böyük
təcrübədir ki, onu da maddi dəyərlə ölçmək yalnız BBC kimi mənfəət
hərislərinin işidir.
Bu il Avropa Oyunları ilə yanaşı Amerika qitəsini əhatə edən Pan
Amerika oyunları da keçiriləcək. Yarışa iyulun 10-da start
veriləcək. Nədənsə, BBC bu barədə "araşdırma" aparmaq həvəsində
deyil. Pan Amerika Oyunlarına Kanadanın Toronto şəhəri ev sahiblik
edəcək və yarışın büdcəsi 2.5 milyard dollardır. Təkcə atletlər
kəndinin inşasına 567 milyon dollar xərclənib. Təhlükəsizlik
tədbirlərinə 190 milyon, nəqliyyata 70 milyon, məşəl yürüşünün
təşkilinə isə 60 milyon dollar xərclənib. Görəsən BBC bir məşəlin
gəzdirilməsinə 60 milyon dollar xərc çəkilməsi ilə niyə
maraqlanmır? Yenə də qayıdaq 2012-ci il London Olimpiadasına.
Ekspertlər hesab edirlər ki, 30-cu Yay Olimpiya Oyunlarının
təşkilində, büdcə xərclərində kifayət qədər çatışmazlıqlar və
şübhəli məqamlar olsa da, BBC "Fair" prinsipinə yenə riayət etmədi.
Ən azından, bu medianəhəng Britaniya QHT-lərinin olimpiadaya
çəıkilən xərclərin 15 milyarddan ən azı 3 dəfə çox olması barədə
irəli sürülən ittihamları araşdırmalıydı.
Bir sözlə, yuxarıda sadalanan minimum faktlar BBC-nin nə qədər
əsassız, yalan və ucuz təbliğat maşını olduğunu üzə çıxarır. Bu
təbliğat ruporu həm də mahiyyətcə islamofob və anti-türk
informasiya siyasəti ilə məşhurlaşmağı bacarıb. Bir müsəlman
ölkəsinin mütərəqqi ideyalara sadiqliyi, inkişafı, güclənməsi,
qlobal səviyyyəli tədbirlərə ev sahibliyi etmək qüdrəti onu və
sahiblərini qıcıqlandırmaya bilməz. İslamofob dəyərləri rəhbər
tutan BBC kimi struktiurların təqdimatında müsəlman ölkələri geridə
qalmış, daxili problemlər, qarşıdurma və münaqişələr məngənəsində
sıxılan obrazda təqdim olunur. Azərbaycan kimi inkişaf edən,
regional mərkəz olan, müstəqil siyasət yürüdən ölkələr Qərb
təbliğatının və onun BBC kimi ruporlarının dünyagörüşünə yaddır.
2012-ci ildə Ramin Hakimovu neft gölməçəsinin fonunda təqdim
etməklə Azərbaycanı aşağılayan BBC indi həmin gölməçələrin yerində
möhtəşəm partkların, dünyaya səs salan tikililərin olmasını həzm
edə bilmir. Bakı Avropanın idman həyatında ilkə imza atmaqla və
onun standartlarını müəyyənləşdirməklə, ən əsası, dinamik inkişaf
edən müsəlman ölkəsinin yeni müasir simasını təqdim etməklə irqçi,
islamofob dairələrin və onların BBC kimi təbliğat vasitələrinin
bütün səylərini heçə endirir.