Yuxarı

Ermənistan İrana sanksiyalara qoşulur - Paşinyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan İrana sanksiyalara qoşulur - Paşinyan

Ermənistan İranla dostluq münasibətlərini qoruyub saxlamaq niyyətindədir, lakin ölkənin özünə qarşı sanksiyaların tətbiqinə səbəb ola biləcək addım atmağa hazır deyil.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın Tehrana qarşı yeni sanksiyalarını şərh edərkən deyib.

“Biz sanksiyalar paketini araşdırırıq. Bütün tərəfdaşlarımızla münasibətlərimizdə tam şəffafıq. Xüsusilə bizə dost olan ölkələrlə münasibətlərin belə olaraq qalması üçün əlimizdən gələni edəcəyik. Lakin keçə bilməyəcəyimiz bir hədd var – Ermənistanın özünün sanksiyalara məruz qalması riski. Əgər İrəvana qarşı məhdudiyyətlərin tətbiq olunması ilə bağlı real təhlükə yaranarsa, Ermənistan hakimiyyəti müvafiq qərar qəbul etməli olacaq”, - o bildirib.

Qeyd edək ki, ABŞ-ın İranın aviasiya sektoruna qarşı yeni sanksiyaları sentyabrın 23-də qüvvəyə minib. Vaşinqton xəbərdarlıq edib ki, İran aviaşirkətlərinə xidmət göstərən hava limanları və şirkətlər məhdudiyyətlərlə üzləşə və ABŞ dolları sistemindən çıxarılma riski ilə üzləşə bilər.

Tarix
2026.10.01 / 14:37
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla