Yuxarı

Naziri tənqid edən jurnalist diri-diri yandırıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naziri tənqid edən jurnalist diri-diri yandırıldı - Foto

Hindistanda Jagendra Singh adlı jurnalist Ram Murt Verma adlı siyasətçini Feysbukda tənqid etdiyinə görə diri-diri yandırılıb.

Axar.az xəbər verir ki, jurnalist ictimai media hesabında Vermanı vəzifəsindən sui-istifadədə və ərazi oğurlamaqla ittiham edib.

"İndependent" qəzetinin məlumatına görə, Uttar Pradeş ştatının nazirlərindən biri olan Verma hadisədən sonra beş nəfərlə birgə həbs olunub.

Singhin qohumları isə cinayətin polis tərəfindən gizlədildiyini iddia edir. Onların sözlərinə görə, jurnalisti həbs etməyə gələn polislər onu diri-diri yandırıb:

"Müfəttiş və digər polislər otağa girdi və Singhin üstünə benzin töküb yandırdılar".

İBN Live-ə danışan Şahcahanpur şəhər polisi səslənən ittihamları rədd edərək jurnalistin intihar etdiyini açıqlayıb:

"Jagendra Singh haqqında bir iddia vardı. Onu həbs etməyə çalışdıq. Amma intihar etdi".

Tarix
2015.06.10 / 20:53
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla