Yuxarı

Dibeybə Ərdoğanla görüşdü: Beş protokol imzalandı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dibeybə Ərdoğanla görüşdü: Beş protokol imzalandı...

20:19

Liviya Baş naziri Əbdülhəmid Dibeybə və onu müşayiət edən nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.

Axar.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dibeybə ilə görüşüb.

Səfər zamanı Liviyada böhran səbəbindən fəaliyyətləri dayandırılan türk şirkətlərinin yenidən işə başlaması, enerji və səhiyyə sektorunda müxtəlif sənədlərlə bağlı müzakirələr aparılacaq.

***

Türkiyə-Liviya Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçirilib.

İki ölkə arasında beş əməkdaşlıq protokolu imzalanıb. Prezident Rəcəb Tayyib Ərdoğan və Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə birgə mətbuat konfransı keçiriblər.

Türkiyə dövlət başçısı diqqətə çatdırıb ki, Liviyanın ərazi bütövlüyünün və siyasi birliyinin qorunması, əhalinin rifahı ən mühüm hədəflərimizdəndir. Liviyaya hərtərəfli yardımlarını davam etdirən Türkiyə sabahdan etibarən COVİD-19 infeksiyasına qarşı 150 min peyvənd çatdıracaq.

Liviyada davamlı atəşkəsə nail olmaq üçün Türkiyənin səylərinə görə təşəkkürünü ifadə edən Baş nazir Əbdülhəmid Dibeybə diqqətə çatdırıb ki, digər məsələlərdə olduğu kimi enerji sahəsində də qarşılıqlı əməkdaşlıq etmək istəyirlər.

Tarix
2021.04.12 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla