Yuxarı

Ermənistanda yeni Maydan hazırlanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda yeni Maydan hazırlanır

Ermənistanda elektrik enerjisi qiymətlərinin artımı ilə bağlı etiraz aksiyaları davam edir.

Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, iyunun 19-da baş verən aksiyaya şinlər gətirən anarxist blok da qoşulub.

Şahidlərin sözlərinə görə, polislər meydana yığışan insanlara qarşı güc tətbiq edərək, şinləri yığışdırıblar.

Bu mitinq əvvəl keçirilənlərdən Ermənistan anarxist hərəkatı nümayəndələrinin də birdən ortaya çıxması ilə fərqlənib. İrəvanın Azadlıq meydanında keçirilən mitinqin əvvəlində meydana anarxist-feminist bayraqlar və şinlərlə gələn insanlar bildiriblər ki, toqquşma və yanğın olmayacaq.

Öz tələblərini bildirəndən sonra iştirakçılar oradakıları öz yaxınlarını və dostlarını meydana gətirməyə səsləyib. Daha sonra hüquq-mühafizə orqanları aksiya iştirakçılarından ərazini tərk etməyi tələb edib.

Polisə qarşı vətəndaş itaətsizliyini anarxist blokun üzvləri göstərib. Polis də meydandan çəkilmək əmrinə tabe olmayanlara qarşı güc tətbiq edib.

Anarxistlər elektrik enerjisi qiymətlərinin qalxmasından sonra Ermənistanın gələcəyi ilə bağlı vərəqələr yayıb.

"Növbəti bahalaşma nəticəsində dilənçilər daha pis günə qalacaq. Kim özünü belə hesab etmirsə, illüziyalardan imtina etmək lazım gələcək. Ən həssas təbəqə yoxsulluğa məhkum olacaq", - vərəqələrdə bildirilib.

Tarix
2015.06.20 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla