Yuxarı

Minsk bu halda məkrli planı ifşa edə bilər - Voronenko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minsk bu halda məkrli planı ifşa edə bilər - Voronenko

Artıq məlumdur ki, Avropa İttifaqı növbəti sammitdə Minskdə mülki təyyarənin təcili enişi ilə bağlı insidenti müzakirə edəcək. Belarus hakimiyyəti bunu təyyarədə baş verə biləcək partlayış ilə izah edir. Enişdən dərhal sonra bu reyslə uçan müxalif Teleqram kanalının həmtəsisçisi olan Roman Protaseviç saxlanılıb. Artıq bu insidentlə bağlı Minskə ciddi təzyiqlər edilir, bir çox ölkə Belarus hava məkanından imtina edib.

İddia edilir ki, təyyarənin təcili enməsi barədə əmri Belarus Prezidenti Lukaşenko şəxsən özü verib. Təyyarəni enmə yerinə müşayiət etmək üçün hətta MiQ-29 qırıcısı havaya qaldırılıb.

Bu hadisə ilə bağlı həddindən artıq suallar yaranır: Belarus xüsusi xidmət orqanlarına terror aktı barədə məlumat verənlər (Belarus tərəfinin təyyarədə mümkün terror aktı barədə onlara məlumat verdiyini təsdiqləyən sənədləri olduğunu iddia edir – red.) kimlərdir? Ümumiyyətlə, bu kimə sərf edir? Bəlkə Belarusun xüsusi xidmət orqanları "bombalı" təyyarənin eniş zolağına enməsini sevinc içində gözləyərkən, kiminsə məkrli planının qurbanlarına çevrilirdilər?

Bu, Batyaya qarşı güclü bir plan ola bilərmi? Belarus bu addımla beynəlxalq hava hüququnu necə pozub və onu hansı fəsadlar gözləyir?

Axar.az-ın bu və digər suallarını ukraynalı politoloq Aleksey Voronenko cavablandırıb.

Həmsöhbətimizin sözlərinə görə, Belarus Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (1944-cü il Çikaqo Konvensiyası, 1947-ci ildən fəaliyyət göstərir və hazırda 193 dövləti özündə birləşdirir – red.) üzv ölkəsidir.

“Bu konvensiyasının 5-ci maddəsinə əsasən, müntəzəm beynəlxalq hava əlaqələri ilə məşğul olan bütün hava gəmiləri üzv ölkələrin ərazisindən keçərkən eniş etməmək hüququna malikdir. Lakin 5-ci maddədə belə bir bənd də var ki, hər hansı üzv ölkə müəyyən səbəblərdən bu hava gəmilərinin hər birini müvəqqəti olaraq saxlatdıra bilər. Mən belə başa düşürəm ki, Belarus məhz bu bəndə istinad edəcək”, - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, başa düşmək lazımdır ki, məcburi enmə hava uçuşlarının təhlükəsizliyi baxımından çox böyük riskdir və adi və gözlənilən prosedurlardan kənara çıxır:

“İndi Belarus xüsusi xidmət orqanlarına bu “gizli terror” məlumatınin kim tərəfindən verildiyini öyrənmək lazımdır. Minsk konkret məlumatlar verməlidir. Minskə sadəcə “bu məlumatları bizə filan xüsusi xidmət orqanları verib” demək kifayət etməyəcəkdir. Amma əgər Minsk bütün bu sübutları masaya qoya bilsə, onda bu, Belarus hakimiyyətinə qarşı hansısa məkrli planın olmasından danışmağa imkan verəcək”, - deyə ekspert qeyd edib.

Tarix
2021.05.26 / 09:24
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

İranda olan Azərbaycan vətəndaşlarına çağırış

Netanyahu İrana qarşı hücumun adını dəyişdirdi

Bayram Beqay Azərbaycana gəlir

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla