Yuxarı

Devid Bekhemdən tarixi etiraf: Buna görə peşmandır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Devid Bekhemdən tarixi etiraf: Buna görə peşmandır

İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem karyerası ilə bağlı peşmanlığını dilə gətirib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, o, karyerasını başa vurduqdan sonra əldə etdiyi məşhurluğun futbol oynamaqdan aldığı həyəcanı əvəz etmədiyini və buna görə hələ də çox darıxdığını qeyd edib:

"Həyatının hər hansısa bir mühüm mərhələsindən keçəndə, bəzən həmin anda bütün bunları tam şəkildə dərk etmək çətin olur.

Futbol oynadığım günlər üçün çox darıxıram və düşünmürəm ki, o zaman hər şey bitdikdən sonra bütün bunların mənə nə qədər çətin olacağını dərk edirdim. Əgər bir şeyi dəyişə bilsəydim, özümə gənc ikən hər anın qədrini bilməyi məsləhət görərdim".

Xatırladaq ki, Bekhemin karyerası İngiltərə futbol tarixinin ən parlaq karyeralarından biridir. O, "Mançester Yunayted"lə çox sayda mükafat qazandıqdan sonra, "Real Madrid", "Los-Anceles Qalaksi", "Milan" və PSJ-də çıxış edib, 2013-cü ildə isə futbol karyerasını tamamilə başa vurub. Hazırda o, MLS klubu "İnter Mayami"nin həmsahibidir və dünyanın ən tanınmış simalarından biri kimi böyük kommersiya uğuru qazanıb.

Tarix
2025.11.15 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla