Yuxarı

AZAL-ın yeni təyyarəsi: hansı üstünlükləri var? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-ın yeni təyyarəsi: hansı üstünlükləri var? - Foto

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil “Airbus A321neo” təyyarəsini əlavə edib. Təyyarə 25 iyun 2026-cı il tarixində Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb.

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında “Airbus “A319ceo”, “A320ceo”, “A320neo” və “A321neo” tipli təyyarələr istismar olunur.

Yeni nəsil “Airbus A321neo”nun təyyarə parkına daxil edilməsi AZAL-ın donanmanın modernləşdirilməsi strategiyası çərçivəsində növbəti mühüm mərhələdir. Yeni təyyarə yüksək tələbat olan istiqamətlərdə sərnişindaşıma imkanlarının genişləndirilməsinə, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və sərnişinlərə təqdim olunan xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcək. Eyni zamanda, hava gəmisinin istismara verilməsi AZAL-ın marşrut şəbəkəsinin gələcək inkişafı və genişləndirilməsi üçün əlavə çeviklik imkanları yaradacaq.

“Airspace” salon konsepsiyası yeni nəsil “Airbus A321neo” təyyarəsində sərnişin rahatlığının yeni standartını təqdim edir. Təyyarə sərnişinlərə daha geniş və komfortlu salon təcrübəsi təqdim edən müasir interyer, fərdiləşdirilə bilən salon işıqlandırması, böyüdülmüş pəncərələr, tam LED işıqlandırma sistemi və genişləndirilmiş əl yükü bölmələri ilə təchiz olunub. Bununla yanaşı, əvvəlki nəsil təyyarələrlə müqayisədə “Airbus A321neo” hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.

Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil “Airbus A321neo” 191 sərnişin tutumuna sahibdir. Təyyarə ən son nəsil bortdaxili əyləncə sistemi (IFE) və yüksək sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Bu isə sərnişinlərə uçuş müddətində rəqəmsal xidmətlərdən istifadə etməyə, bortdaxili əyləncə xidmətlərindən faydalanmağa və daim əlaqədə qalmağa imkan verir.

Bu yaxınlarda daha bir yeni nəsil "Airbus A320neo" təyyarəsinin donanmaya qoşulmasının ardınca "Airbus A321neo"nun da istismara verilməsi AZAL-ın müasir və yanacaq sərfiyyatı baxımından səmərəli təyyarə parkının inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.

Qeyd edək ki, uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.

Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Tədbirin ətraflı görüntüləri ilə linkə keçid edərək tanış ola bilərsiniz.

Tarix
2026.06.26 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla