Yuxarı

Ordumuz ərazi bütövlüyümüzü tam şəkildə bərpa etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz ərazi bütövlüyümüzü tam şəkildə bərpa etdi

Azərbaycan xalqı artıq altıncı ildir ki, 26 iyun – Silahlı Qüvvələr Gününü qalib xalq kimi böyük qürur və təntənə ilə qeyd edir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov Silahlı Qüvvələr Günü münasibətilə mətbuata verdiyi açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın milli ordu quruculuğu tarixinin ən mühüm səhifələri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:

“Məhz 1969-cu ildə Ulu Öndərin respublika rəhbərliyinə gəlməsindən sonra ölkəmizdə peşəkar hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilməyə başlandı. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması oldu. O dövrün siyasi reallıqlarını nəzərə alsaq, SSRİ-nin ən qüdrətli çağında Azərbaycanda milli hərbi məktəbin yaradılmasına nail olmaq olduqca mürəkkəb və məsuliyyətli məsələ idi. Bu baxımdan həmin qərar uzaqgörən dövlətçilik düşüncəsinin təzahürü kimi qiymətləndirilməlidir. Tarix göstərdi ki, bu addım Azərbaycanın gələcək müstəqilliyi və milli ordusunun formalaşması üçün möhkəm təməl yaradıb. Müstəqilliyin bərpasından sonra Cəmşid Naxçıvanski adına Hərbi Lisey ölkənin hərbi kadr potensialının formalaşmasında mühüm rol oynadı və ordu quruculuğunun əsas dayaqlarından birinə çevrildi. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanda ordu quruculuğunun ən mühüm və həlledici mərhələləri məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır".

Millət vəkili bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğu sahəsini də prioritet istiqamət kimi müəyyənləşdirdi:

“Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirildi, müxtəlif qoşun növlərinin təşkili sürətləndirildi, hərbi idarəetmə sistemi təkmilləşdirildi və müasir qanunvericilik bazası yaradıldı. Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan edildi və həmin tarixdən etibarən bu gün dövlət bayramı kimi qeyd olunur. Hazırda Azərbaycan Ordusu keçdiyi inkişaf yolu nəticəsində regionun ən güclü və peşəkar silahlı qüvvələrindən birinə çevrilib. 2003-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldildi. Dövlət başçısının diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbi qulluqçuların peşəkarlığının artırılması, onların döyüş hazırlığının və mənəvi-psixoloji durumunun gücləndirilməsi daim diqqət mərkəzində saxlanıldı. Ordumuzun ən müasir silah və texnika ilə təmin olunması istiqamətində ardıcıl addımlar atıldı. Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan hərbi sənaye kompleksi bu gün minlərlə adda hərbi təyinatlı məhsul istehsal etmək imkanına malikdir. Azərbaycanın müdafiə sənayesinin məhsulları dünyanın nüfuzlu beynəlxalq sərgilərində nümayiş etdirilir. Bu isə ölkəmizin öz ordusunu zəruri silah, sursat və hərbi texnika ilə təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycan Ordusu öz gücünü ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində nümayiş etdirdi. Ermənistanın hərbi təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənə ciddi zərbə vuruldu və işğal altında olan ərazilərimizin bir hissəsi azad edildi. İki il sonra, 2018-ci ildə əldə olunan Günnüt zəfəri də ordumuzun peşəkarlığını və yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində möhtəşəm qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam təmin olundu. Qəhrəman hərbçilərimizin göstərdikləri şücaət, şəhidlərimizin müqəddəs qanı bahasına əldə edilən bu tarixi nailiyyətlər Azərbaycan xalqının şanlı Zəfər salnaməsini formalaşdırdı və ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdi".

Tarix
2026.06.26 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla